SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabad əkinçiləri Kərəm Həsənovun əlindən “qan ağlayır” - susuzluq, özbaşınalıq...

Cəlilabad əkinçiləri Kərəm Həsənovun əlindən “qan ağlayır” - susuzluq, özbaşınalıq...

Tarix:

25-04-2018, 09:38

/ 1 589 dəfə oxundu.
Cəlilabad əkinçiləri Kərəm Həsənovun əlindən “qan ağlayır” - susuzluq, özbaşınalıq...

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi korrupsiyaya bulaşıb. Bu da Kərəm Həsənovun fəaliyyətindən qaynaqlanır. Mətbuatda ardı-arası kəsilməyən faktlar var
Mediaya istinadla bildiririk ki, Cəlilabad əkinçiləri su problemi ilə üzləşiblər. Bu barədə ilk məlumatı “Qafqaz Xəbər” qəzeti yayıb.
“Xəzər” TV əkinçilərin susuzluqla üzləşdiyi problemlə əlaqədar Cəlilabaddan reportaj hazırlayıb. Əkinçilər su probleminin nədən yarandığını öyrəniblər.
Məlum olub ki, Cəlilabadda Kərəm Həsənovun yüz hektarlarla nar bağları və taxıl sahələri var. Əkin sahələrinə verilən sular da onun nar bağlarına və əkin sahələrinə verilir.
Cəlilabad əkinçiləri dəfələrlə su problemi ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadəyə müraciət ediblər. Ancaq baxan olmayıb.
Dövlət maaşı ilə dolanan komitə sədrinin nar bağlarının hardan olması sual doğurmur. Çünki məmurlar oliqarxlaşıblar, dövlətin büdcəsinə biznes qurublar.
K.Həsənov da sərvətləri olan məmurlardan biridir. Kərəm Həsənovun Cəlilabadda yüz hektarlarla məhsuldar torpaq sahələrini şəxsi mülkünə çevirməsi yeni məlumat deyil.
Hətta o da bildirilir ki, komitə sədri bu torpaqların becərilməsinə şəxsən özü nəzarət edir.
Lakin adı çoxsaylı əmlak qalmaqallarında hallanan cənab Həsənov, torpaqların zəbt edilməsilə də kifayətlənməyib.
Kəndlilərin bildirdiyinə görə, məhsuldar torpaqlarını dəyər-dəyməzinə ələ keçirən Kərəm Həsənov, indi də min bir əziyyətlə əldə etdikləri kənd təsərrüfatı məhsullarına göz dikib.
Komitə sədri hazırda pərakəndə satış nöqtələrində kilosu 45-50 qəpiyə satılan taxılın hər kq-na görə kəndlilərə maksimum 20-25 qəpik ödəyir, əldə olunan məhsulu isə özünə məxsus ambarlara yığdırır.

Çarəsiz kəndlilərin isə məhsulu sonraya saxlamaq, bazara çıxarmaq və daha əlverişli qiymətə satmaq kimi alternativləri yoxdur.

Kəndlilər çarəsizliyi belə əsaslandırırlar: “Toxumu və yanacağı nisyə götürmüşük. Taxıl səpinində, onun biçilməsində istifadə olunan kombaynlar da bizə məxsus deyil, hər hektarın səpin və biçininə görə bəlli məbləğ ödəməli oluruq.
Nəticədə, təxminən hər hektara 150-180 manat arası xərcimiz çıxır. Təbii ki, borc verən şəxslər, texnika sahibləri gözləmir, məhsul yığımı başa çatan kimi haqlı olaraq pullarını tələb edirlər.
Biz isə 6 ay əziyyətlə becərdiyimiz məhsulu dəyər-dəyməzinə satmaq qalır. İndi hamı borclarını ödəmək üçün əldə etdiyi məhsulu satır. Alanların isə Kərəm Həsənovun yaxın adamları olduğu deyilir.
Bundan əlavə, K.Həsənov yerliləri olan əkinçilərə deyil, həmyerlisi Fərhad Əliyevə də pisliklər edib. Həsənov bu gün də həmyerlisi, həbs həyatı yaşamış keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə etdiklərinə görə daxilən əzab çəkir.
Amma bunu "timsahın göz yaşları” adlandırmaq olar. Komitə sədri onun bir zamanlar əlindən tutub karyera pilləsində yüksəldən həmyerlisi olan naziri istintaqda ələ verir, dost əlini uzatmış F.Əliyevin biləyindən kəsir.
F.Əliyev həyatının ən böyük zərbəsi və xəyanəti ilə üzləşir. Öz əlləri ilə taxta çıxardığı, hakimiyyət dəhlizlərində ayaq tutmasına dəstək verdiyi şagirdi onu satır. Tarix belə faktlarla doludur. İstər orta əsrlər, istərsə 19-cu əsr tarixində siyasi xəyanətlər az olmayıb.
F.Əliyev-K.Həsənov nümunəsi isə müasir Azərbaycan tarixinin dərsliyidir. Komitə sədrinin F.Əliyevə etdiklərinin MTN şefi Eldar Mahmudov işində də təkrarlaması istisna edilmir.
Bir müddət əvvəl MTN işi ilə bağlı "quyruğu qapı arasında qalmış”, Mahmudov-Çovdarov bandası ilə işbirliyi de-şifrə olmuş, barəsində ifaşedici materiallar yayımlanmış K.Həsənov vəziyyətdən sivişib çıxmağa müvəffəq oldu.
Hətta mətbuata da minnətçi düşən və media emissarlarının hesabına təşkil etdiyi kampaniya ilə Mahmudov - Həsənov əlbirliyini ört-basdır etməyə çalışan komitə sədri kim bilir ki, istintaqa nələr açıqlayıb.
Elə bu iş üzrə Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovu qurban verən Kərəm Həsənov üçün bir həyat kredosu var - silahdaşlarını, ona dəstək verənlər ən dar anda ələ vermək olar, təki kreslosunu itirməsin...Hər halda faktlar bunu deməyə əsas verir.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ