yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ziya Məmmədovun əlindən alınan şəxsi təyyarəsinin məsrəfləri haqda sensasion bilgilər

Ziya Məmmədovun əlindən alınan şəxsi təyyarəsinin məsrəfləri haqda sensasion bilgilər
11-05-2017, 09:26 34 303 dəfə baxılıb
yüklənir...

Sabiq nazirin hər dəfə, məsələn, ABŞ-a səfəri 50-60 min avroya başa gəlib
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun şəxsi təyyarəsinin müsadirə olunması xəbəri geniş müzakirə edilməkdədir. Sabiq nazirin qardaşı Elton Məmmədov qardaşının təyyarəsi haqda ona sual ünvanlayan unikal.org əməkdaşına belə deyib. Sitat: “Sizin şəxsi əmlakınızı kimsə əlinizdən ala bilərmi? Əlbəttə, yox. Qurtardı getdi də! Mən sizdən xahiş edirəm, əlavə nəsə soruşmayın. Bu məsələyə mən münasibət bildirmirəm, ya da bildirmək istəmirəm. Bu qədər”.
Dəyəri bir neçə milyon dollarlarla ölçülən təyyarələri dünyada əsasən iş adamları alır, xarici səfərləri zamanı, ölkədaxili səyahətlərində istifadə edirlər. Azərbaycanda da mülki şəxslərə hava nəqliyyatı vasitələrinin idarə olunmasına icazə verilməsi üçün qanun illər öncə qəbul olunub. Belə ki, bununla bağlı qəbul olunan “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” ilə Azərbaycanda şəxsi təyyarələr almaq istəyənlərə icazə verilib. Şəxsi təyyarələri olan şəxslərin qeydiyyatı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasında aparılır. Bu gün Azərbaycanda şəxsi təyyarə tipində kiçik tutumlu, iri tutumlu hava gəmiləri mövcuddur. Həmin təyyarələrin sayı haqda dəqiq bilgilər yoxdur. Qeyri-rəsmi məlumatlara görə, ölkədə irili-xırdalı 20-yə yaxın şəxsi təyyarə var.
Azərbaycanda ən populyar hava gəmisi “Gulf Stream”dir. Kiçik tutumlu bu təyyarələrin modifikasiyasından, durumundan, buraxılış ilindən asılı olaraq qiymətləri 5 milyon 500 min dollardan başlayaraq 60-70 milyon dollara qədər dəyişir.
“Silkway Holdinq” şirkətinin tərkibindəki “Business aviation”da 5 ədəd “GulfStream” tipli kiçik tutumlu; 2 ədəd iri tutumlu, orta məsafəyə uçan, geniş salonlu, VİP nümayəndələr üçün “Boeing-727-200" və yaxın məsafəyə uçan, VİP salonlu ”ATR-42-500" təyyarələri mövcuddur.
“GulfStream” markalı təyyarələrin yanacaq sərfiyyatı da modifikasiyasından asılıdır. Texniki xidmət qiymətləri də məhz modifikasiyaya uyğun dəyişir. Məsələn, “Gulfstream G650" 2 motorlu reaktiv mühərrikli təyyarə sinfinin flaqmanı hesab edilir. "G650" Rolls-Royce BR725 mühərriki ilə təhciz edilib. 15 kilometr hündürlüyə qalxaraq saatda 950 kilometr qət edə bilir. 1 saatlı uşuş üçün 2 tondan artıq yanacaq sərf edir. 11-18 nəfərin daşınması üçün nəzərdə tutulub.
“Gulfstream Aerospace” korporasiyasının istehsal etdiyi bu təyyarənin layihəsi 2005-ci ildən işlənməyə başlanıb. Proyekt haqda rəsmi olaraq 2008-ci ildə məlumat yayılıb. “G650" sinfinin ən sürətli təyyarəsidir. Dünyada ən təhlükəsiz uçaqlar sırasında yer alıb. Məsələn, ABŞ prezidentinin səfərlərə yollandığı ”1 nömrəli" təyyarənin 350 milyon dollar qiyməti var və 1 saatlıq uçuşu ABŞ büdcəsinə 181 min 757 dollara başa gəlir.
Azərbaycanın nəqliyyat naziri olmuş Ziya Məmmədovun müsadirə edilmiş təyyarəsinin 1 saatlıq uçuşunun ona neçəyə başa gəlməsi haqda konkret fikir bildirmək məlumat azlığına görə mümkün deyil.
Sabiq nazirin şəxsi təyyarəsində 10 saatlıq uçuşu azı 20 ton yanacaq sərfiyyatı deməkdir. Həmin yanacağın bir litri 1.3, 1.5 avrodur. Bu hesabla sabiq nazirin hər dəfə, məsələn, ABŞ-a səfəri 50-60 min avroya başa gəlib. Üstəlik, təyyarənin dayanacaqda saxlanması, texniki xidmət göstərilməsi, pilotların xərcini də əlavə etsək, sabiq nazirin təyyarə saxlama xərclərinin aylıq ortalama 100 min dolları aşdığını aydınlaşdıra bilərik.
Məlumatlara görə, Z.Məmmədov əlindən alınan təyyarəni 2012-ci ildə alıb. Ötən 5 il ərzində Z.Məmmədov təkcə şəxsi təyyarəsinin saxlanılmasına 6 milyon dollar xərcləyib.
“Knight Frank” şirkətinin illik “The Wealth Report-2017" məruzəsində qeyd olunub ki, Azərbaycanda 2016-cı ildə 2006-cı illə müqayisədə şəxsi avialayner sahiblərinin sayı 550% artıb. Azərbaycanda 10 il əvvəl cəmi 2 nəfərdə şəxsi təyyarə var idi, amma keçən ilin nəticəsinə görə artıq bu rəqəm 13-dür.
Tədqiqatda Azərbaycanda super varlı insanların sayı üzrə ətraflı məlumatlar yer alıb. Belə ki, ölkədə 2006-cı ildə 1 milyon dollardan yuxarı sərvətə malik olan 2700 insan var idisə, 2015-ci ildə belələri 5600 nəfər, 2016-cı ildə isə 6 min nəfər olub.

"YM"


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: elinden, teyyaresinin, shexsi, bilgiler, Memmedovun, sensasion, alinan, Ziya, mesrefleri, haqda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ