yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Cavid Qurbanov Ziya Məmmədovun qardaşına vəzifə verdi (İLGİNC GƏLİŞMƏ)

Cavid Qurbanov Ziya Məmmədovun qardaşına vəzifə verdi (İLGİNC GƏLİŞMƏ)
14-03-2018, 13:05 860 dəfə baxılıb

“Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşını işinə qaytarıb.
GunAz.org-a daxil olan olan məlumata görə, 2016-cı il yanvarın 13-də Cavid Qurbanovun əmri ilə tutduğu vəzifədən azad edilən İldırım Məmmədov yenidən Ucar regional dəmir yolu yanacaq təchizatı idarəsinin rəisi təyin edilib.

Cavid Qurbanovun işdən çıxardığı Ziya Məmmədovun qardaşını yenidən vəzifəyə təyin etməsi qaranlıq məqamlardan xəbər verir. Belə ki, Cavid Qurbanovla Ziya Məmmədov arasında son illər gərginlik müşahidə olunurdu. Tərəflərin münaqişə vəziyyətində olması onların media qurumlarında açıq-aşkar sezilirdi. Hətta Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları”na sədr təyin olunandan qısa müddət sonra keçirdiyi müşavirədə əvvəlki rəhbərliyi və Ziya Məmmədovu ittiham edən açıqlamalar vermişdi.

Sosial şəbəkədə yayılan məlumata görə, Ziya Məmmədovun yaxınları Ucarda söz yayıblar ki, sabiq nazirə prezident seçkilərindən sonra yüksək vəzifə veriləcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ