yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Əhəd Abıyevlə Kərəm Həsənovun kombinat qovğasının müdhiş təfərrüatı

Əhəd Abıyevlə Kərəm Həsənovun kombinat qovğasının müdhiş təfərrüatı
22-01-2018, 00:55 589 dəfə baxılıb

Daşkəsən icra başçısı Əhəd Abıyevlə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədir Kərəm Həsənov arasında qırğın gedir
Mediada yayılmış məlumatlar əsasında yazırıq ki, Ə.Abıyev K.Həsənovla “Daşkəsən Filizsaflaşdırma” kombinatı uğrunda didişirlər.
İcra başçısı talan olunan kombinatın reabilitasiyası və ələ keçirilməsi üçün dəridən-qabıqdan çıxır.
Ə.Abıyev Əmlak Komitəsinin balansında olan filiz kombinatını tamamilə K.Həsənovun nəzarətindən çıxarmağa səy göstərir.
Zaqafqaziyada yeganə dəmir filizi dağ-zənginləndirici müəssisə “Daşkəsən Filizsaflaşdırma” özəlləşdiriləcəyi günü gözləyir.
Ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib və müəssisənin özəlləşdirilməyə çıxarılması üçün 3 ay vaxt qoyulub.
Həmin gündən 1 il 6 ay vaxt keçib, müəssisə özəlləşdirilməyib. “Daşkəsən Filizsaflaşdırma” rayonda yeganə müəssisədir ki, vaxtilə orada 2 mindən artıq işçi çalışıb. Hazırda isə müəssisənin 340 işçisi var.
2015-ci ildə müəssisə fəaliyyətini tam olaraq dayandırıb. Bundan sonra bir tərəfdən rayonun sərt iqlimi, digər tərəfdən pulsuzluq fəhlələrin durumunu son həddə qədər qəlizləşdirib.
Kombinatın keçmiş rəhbəri Ələddin Sadıqov aradan çıxıb. O, kombinatı talan edərək satıb və oliqarxa çevrilib. Ə.Sadıqov K.Həsənova çox yaxın adamdır.
Köhnə rəhbərlik vergi, sosial sığorta, elektrik enerjisinə görə borcları vaxtında ödəməyib. Yeni təyin olunan Fərid Əsədov isə hesaba pul yatıra bilmir.
Dövlət Sosial Müdafiə Fondu, ”Azərişıq" müəssisənin hesabına sərəncam qoyub. Müəssisəni milyonlarla manat borca salıblar.
Ə.Sadıqov konsentratın tonunu 6-7 manata rəsmiləşdirib, daşıyıb Potiyə, oradan da Çinə tonu 78 avrodan satıblar.
Müəssisənin hesabına 68 milyon avro pul gəlməli imiş. Amma basıb yeyiblər. Fəhlələr də burada acından ölürlər.
Yada salaq ki, “Daşkəsən Filizsaflaşdırma” ASC 2016-cı ilin martın sonundan bu günə qədər 4 dəfə satışa çıxarılıb. Rəsmi məlumatlarda qeyd olunur ki, müsabiqəyə investorlardan müraciət olmayıb.
Müəssisənin fəhlələri isə bu fikirlə razı deyillər. Onların sözlərinə görə, özəlləşməyə qarşı çıxanlar var. Məqsəd isə “Daşkəsən Filizsaflaşdırma”nın əmlakını dağıtmaqla dəyərsizləşdirməkdir.
Kombinata yeni gələn rəhbərliyin isə Ə.Abıyevə yaxın olduğu iddia edilir. Bu haqda sosial şəbəkələrdə şərhlərdə yazılıb.
Bildirilib ki, icra başçısı K.Həsənovdan kombinatı almaq istəyir. Ancaq hələlik komitə rəhbərinə batmaq mümkün olmur.
Fəhlələr isə mətbuta şikayət ünvanlayıblar və prezidentə yazıblar. Ümid edirlər ki, kombinatda maraqlı olan məmurlar arasında gedən qovğa bitəcək, müəssisə özəlləşəcək, borclar qapanacaq və onların maaşları borca getməyəcək.
Ələddin Sadıqov fəhlələrin əmək haqlarını verməyib. Əvəzində Bakıda, Gəncədə obyektlər alıb, Gürcüstanda hotel alıb.
Prezident deyir ki, yerlərdə istehsal müəssisələri yaradın. Bu adamlar isə olan istehsal sahəsini məhv edirlər. Gecə-gündüz ”Daşkəsən Filizsaflaşdırma"nın mal-materialını Gəncəyə daşıyıb metalloma təhvil verirlər, bahalı, paslanmayan dəmirdən olan materialları Gəncədə tikilən bazarın damına vurublar.
Avtokalonda traktor, maşın, texnika qalmadı, doğradılar, daşıyıb aparıb Gəncədə satdılar.
Bildirək ki, Gəncədəki təzə bazarın icra başçısı Elmar Vəliyevə aid olduğunu və oğlu Elmir Vəliyev tərəfindən idarə olunduğunu yazmışdıq. Mövzunu diqqətdə saxlayacağıq.

Fia.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Hesenovun, teferruati, mudhish, Ehed, kombinat, qovgasinin, Abiyevle, Kerem
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ