SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əhəd Abıyev Elmar Vəliyev - Kərəm Həsənov qruplaşması ilə didişir - konfransda açıq savaş

Əhəd Abıyev Elmar Vəliyev - Kərəm Həsənov qruplaşması ilə didişir - konfransda açıq savaş

Tarix:

30-01-2018, 11:15

/ 2 658 dəfə oxundu.
Əhəd Abıyev Elmar Vəliyev - Kərəm Həsənov qruplaşması ilə didişir - konfransda açıq savaş

Daşkəsəndə filiz kombinatın ələ keçirilməsində Gəncənin icra hakimi Elmar Vəliyevin marağı var
İddialara görə, kombinat E.Vəliyevə qohum olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun nəzarətindədir.
Müəssisəyə yeni gələn rəhbərliklə Daşkəsən icra başçısı Əhəd Abıyevin maraqlarının üst-üstə düşməsi onları K.Həsənov-E.Vəliyev qruplaşmasına qarşı qoyub.
Bir vaxtlar can deyib can eşidən Ə.Abıyevlə E.Vəliyev indi düşmənə çevriliblər. Hələ ötən il məsələ ilə bağlı unikal.org-a danışan Əhəd Abıyev deyib ki, həqiqətən də zavod ətrafında qovğa var:
"Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir.
Rasim Məmmədovun orada tez-tez göüründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.
Zavodda məmurların maraqlarının olması ilə bağlı deyiənlərə isə Ə.Abıyev belə reaksiya verib: "Zavodda Kərəm Həsənovla Elmar Vəliyevin maraqlarının olmasını mən də eşitmişəm. Amma mən icra başçısı kimi istərdim ki, zavoda Rasim Məmmədov rəhbərlik etsin. Çünki o, istehsalatı yaxşı bilən mütəxəssisdir”.
R.Məmmədov isə "Baku Cteel Company" zavodunun rəhbəridir. zavod 2001-ci ildə "Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi” məqsədi ilə "Daşkəsən Filizsaflaşdırma" ASC-nin özəlləşdirilməsinə qərar verilib və Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibindən çıxarılıb.
2016-cı ildə zavod Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilib. İndi də hər iki qurumun rəhbəri Daşkəsən filiz zavoduna iddialı olduğu üçün açıq mübarizəyə başlayıblar.
Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Rasim Məmmədovu dəstəkləməsi isə əslində mübarizəni qızışdırıb. O, K.Həsənov və E.Vəliyevlə kəllə-kəlləyə gəlib.
Əldə etdiyimiz iddialara görə, Ə.Abıyev bu mübarizəyə təkbaşına qoşulmayıb və görünür ki, ona dəstək verən qüvvələr var.
Əks halda açıq şəkildə iki güclü məmurla savaşa çıxmazdı. Çünki artıq zavod ətrafında iki məmur deyil, iki cəbhə mübarizə aparır.
Kərəm Həsənovla Elmar Vəliyev bir cəbhədə yer alır və Rasim Məmmədovla Əhəd Abıyevə qarşıdır. Təbii ki, bu bir ehtimalıdır.
Çünki adıçəkilən şəxslər kifayət qədər gücə malikdir və onlar bu zavodun idarəçiliyində özlərinə “şərik” axtarmaya da bilərlər. Ancaq hələ ki, görünən bundan ibarətdir.
Bu məsələlərə aydınlıq gəlməsi üçün təbii ki, özəlləşdirmə prosesinin başlamasını gözləmək lazımdır. Əgər ehtimallar doğrularsa, özəlləşdirmə prosesi başlayarsa, o, zaman kimin bu mübarizədən qalib çıxacağını görə bilərik.
Müəssisənin yavaş-yavaş sökülərək, onun materiallarından ətraf rayonlarda ticarət mərkəzlərinin tikintisində istifadə olunduğu, bəzi hallarda qiymətli metalların qanunsuz yollarla satıldığı deyilir.
Ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib və müəssisənin özəlləşdirilməyə çıxarılması üçün 3 ay vaxt qoyulub.
Həmin gündən 1 il 6 ay vaxt keçib, müəssisə özəlləşdirilməyib. “Daşkəsən Filizsaflaşdırma” rayonda yeganə müəssisədir ki, vaxtilə orada 2 mindən artıq işçi çalışıb. Hazırda isə müəssisənin 340 işçisi var.
2015-ci ildə müəssisə fəaliyyətini tam olaraq dayandırıb. Bundan sonra bir tərəfdən rayonun sərt iqlimi, digər tərəfdən pulsuzluq fəhlələrin durumunu son həddə qədər qəlizləşdirib.
Kombinatın keçmiş rəhbəri Ələddin Sadıqov aradan çıxıb. O, kombinatı talan edərək satıb və oliqarxa çevrilib. Ə.Sadıqov K.Həsənova çox yaxın adamdır.
Köhnə rəhbərlik vergi, sosial sığorta, elektrik enerjisinə görə borcları vaxtında ödəməyib. Yeni təyin olunan Fərid Əsədov isə hesaba pul yatıra bilmir.
Dövlət Sosial Müdafiə Fondu, ”Azərişıq" müəssisənin hesabına sərəncam qoyub. Müəssisəni milyonlarla manat borca salıblar.
Ə.Sadıqov konsentratın tonunu 6-7 manata rəsmiləşdirib, daşıyıb Potiyə, oradan da Çinə tonu 78 avrodan satıblar.
Müəssisənin hesabına 68 milyon avro pul gəlməli imiş. Amma basıb yeyiblər. Fəhlələr də burada acından ölürlər. “Daşkəsən Filiz Saflaşdırma” ASC-nin özəlləşdirlməsinə süni maneələr yaradılır.
Bunu Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans çərçivəsində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.
Onun fikrincə, həmin müəssisəinin özəlləşdirilməsi ilə bağlı ölkə prezidentinin tapşırığı yerinə yetirilmir: “Cənab prezidentin göstərişinə baxmayaraq bu müəssisənin özəlləşdirilməsi yubadılır. Bir neçə dəfə hərrac keçirilsə də, hansısa səbəblərdən özəlləşdirmə baş tutmadı”.
İcra başçısı tədbirdə iştirak edən iqtisadiyyat naziri Şahin Mustafayevdən məsələnin sürətləndirilməsini xahiş edib.
Nazir isə deyib ki, “Daşkəsən Filiz Saflaşdırma”nın özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) səlahiyyətindədir.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ