SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Filiz kombinatın bahalı dəmirləri Elmar Vəliyevin bazarına daşınır - Talançılıq!!!

Filiz kombinatın bahalı dəmirləri Elmar Vəliyevin bazarına daşınır - Talançılıq!!!

Tarix:

25-01-2018, 11:44

/ 1 841 dəfə oxundu.
Filiz kombinatın bahalı dəmirləri Elmar Vəliyevin bazarına daşınır - Talançılıq!!!

“Daşkəsən Filizsaflaşdırma” kombinatının materialını Gəncəyə daşıyırlar
Sosial şəbəkələrdə yayılmış məlumata əsasən yazırıq ki, kombinatın materiallarını metalloma təhvil verirlər.
Amma bahalı, paslanmayan dəmirdən olan materialları Gəncədə tikilən bazarın damına vurublar. Avtokalonda traktor, maşın, texnika qalmadı, doğradılar, daşıyıb aparıb Gəncədə satdılar - deyə bildirilir.
Gəncədəki təzə bazarın isı icra başçısı Elmar Vəliyevə aid olduğu və oğlu Elmir Vəliyev tərəfindən idarə olunduğu haqda mətbuatda xəbərlər var.
Gəncədə özünə təzə bazar açan icra başçısı ticarətçiləri didərgin salıb. Gəncə bazarından sürgün olunan obyekt sahibləri məcburi şəkildə icra başçısının "Grand Qafqaz” ticarət mərkəzinə köçürülür.
Onlardan depozit haqqı 300 manat alınıb, aylıq 600 manat icarə pulu öhdəliyi qoyulub. Əsəbləri tarıma çəkilən sahibkarlar E.Vəliyevin bu özbaşınalığından intihar həddinə çatıblar.
Onlar Gəncə kimi yer üçün tələb olunan aylıq yer pulunun olduqca bahalığından şikayətləniblər.
Həmçinin, sözügedən ticarət mərkəzinin yeni fəaliyyətə başlamasına görə alıcılıq qabiliyyəti olduqca aşağıdır.
Deyilənə görə, bazara rəhbərlik edən icra başçısının oğlu hər dəfə ticarət mərkəzinə gələndə onun qarşısında hamının ayağa qalxaraq hörmətlə biət etməsini tələb edir. Köhnə bazara gələn yollar isə qapadılıb, sökülüb, küçələrdə isə işıq və su kəsilib.
Zaqafqaziyada yeganə dəmir filizi dağ-zənginləndirici müəssisə “Daşkəsən Filizsaflaşdırma” özəlləşdiriləcəyi günü gözləyir.
Ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib və müəssisənin özəlləşdirilməyə çıxarılması üçün 3 ay vaxt qoyulub.
Həmin gündən 1 il 6 ay vaxt keçib, müəssisə özəlləşdirilməyib. Mətbuatda müəssisənin özəlləşdirilməsinin bəzi məmurların maraqlarına uyğun olmadığı haqda çeşidli yazılar dərc olunub.
Ölkənin ağır sənayesini ayağa qaldıracaq gücdə olan “Daşkəsən Filizsaflaşdırma”nın məmur maraqları səddini nə vaxt aşacağı bəlli deyil.
Müəssisənin fəhlələri isə ehtiyac və borc içində çabalayırlar. Fəhlələr dövlət qurumlarına, mətbuat orqanlarına usanmadan şikayət yazıb, 2013-cü ildən almadıqları əmək haqlarını tələb edirlər.
“Daşkəsən Filizsaflaşdırma” rayonda yeganə müəssisədir ki, vaxtilə orada 2 mindən artıq işçi çalışıb. Hazırda isə müəssisənin 340 işçisi var. 2015-ci ildə müəssisə fəaliyyətini tam olaraq dayandırıb.
Köhnə rəhbərlik - Ələddin Sadıqov vergi, sosial sığorta, elektrik enerjisinə görə borcları vaxtında ödəməyib.
Yeni təyin olunan Fərid Əsədov isə hesaba pul yatıra bilmir. Dövlət Sosial Müdafiə Fondu, ”Azərişıq" müəssisənin hesabına sərəncam qoyub.
Müəssisəni milyonlarla manat borca salıblar. Fəhlələrin çıxardığı konsentratın tonunu 6-7 manata rəsmiləşdiriblər, daşıyıblar Potiyə, oradan da Çinə tonu 78 avrodan satıblar. Müəssisənin hesabına 68 milyon avro pul gəlməli imiş. Amma basıb yeyiblər.
Ə.Sadıqov əmlak komitəsi sədri Kərəm Həsənov və Gəncə meri Elmar Vəliyevlə yaxındır. Ona görə kombinatın bahalı dəmirləri icra başçısının bazarına daşınır.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ