yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Şəhid qızını vuran biznesmen oğlunu hadisə yerindən polislər qaçırıb? - İDDİA

Şəhid qızını vuran biznesmen oğlunu hadisə yerindən polislər qaçırıb? - İDDİA
8-12-2017, 14:00 212 dəfə baxılıb

Şəhid Elton Əkbərovun 42 yaşlı qızı Könül Əkbərovanı noyabrın 8-də “JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə 17 yaşlı Rəhim Rəhimov vuraraq öldürüb.
Yada salaq ki, 3 uşaq anası olan K.Əkbərovanı noyabrın 8-də, 19:30-da Bayraq meydanı yaxınlığında “JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobil vurub. Sürücü qadını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. 3 uşaq anası olan qadın hadisə yerində keçinib. K.Əkbərovanın anası Bəsti Qədimovanın mətbuata israrlı müraciətlərindən sonra Rəhim Rəhimov saxlanılıb.
Qəzadan ötən 20 gün ərzində hüquq mühafizə orqanları şəhidin həyat yoldaşına sürücünü müəyyən edə bilmədiklərini deyirdilər. Bu haqda şəhidin həyat yoldaşı demişdi ki, istintaqçılar sürücünün yaşadığı ünvana gedirlər, valideynləri övladlarının harada olmasından xəbərsiz olmasını söyləməklə qapıdan geri qaytarır. Mətbuatda şəhid xanımının müraciətlərindən sonra Rəhim Rəhimovun yeri bilindi və o, saxlanıldı.
Apardığımız araşdırma zamanı bəlli olub ki, R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. O,“Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir.
Üç gün əvvəl isə Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin Criminal.az saytına daxil olan birgə məlumatında bildirilmişdi ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində R.Rəhimov idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və hadisə yerindən qaçıb. Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
İddialar var ki, hazırda şəhidin ailəsi ilə onu vuranlar arasında vasitəçilər var. Təhlükəsiz şəhər kameralarından çıxarış şəhidin ailəsinə təqdim olunub. Həmin videodan məlum olur ki, qəzadan sonra hadisə yerinə Səbail rayon Polis İdarəsinin əməkdaşları gəlib. Onlar 17 yaşlı sürücü Rəhim Rəhmovu öz maşınlarına qoyaraq hadisə yerindən aparıblar. Polislər R.Rəhimovu polis idarəsinə deyil, digər istiqamətə aparıblar. Bunu qəzadan sonrakı 20 gündə müstəntiqin R.Rəhimovu istintaqa cəlb edə bilməməsi də təsdiqləyir. Belə ki, mərhumun anası mətbuata açıqlamalarında bildirmişdi ki, müstəntiq 20 gündür ki, qızının ölümünə səbəb olan qəzanı törədən sürücünü tapıb dindirə bilmir.
Belə bir halda sual ortaya çıxır, şəhid qızını vuran sürücünü polislər hadisə yerindən hara aparıblar? Məqsədləri onu hadisə yerindən qaçırmaq olub?
Ortada bir cinayətin ört-bastır edilməsindən, Səbail RPİ-nin yol patrul xidməti əməkdaşlarının iştirakı haqda çox ciddi məlumatlar var. Daxili işlər Nazirliyinin rəhbərliyi, daxili təhqiqatlar idarəsi bu qəzadan dolayı ortaya çıxan sualların ətrafında araşdırma aparmalı, biznesmen oğlunu hadisə yerindən qaçıran polis əməkdaşlarının məsuliyytə məsələsini müəyyən etməlidir.
İşi araşdıran müstəntiqin qərarından da görününür ki, hadisədən sonra R.Rəhimov hadisən qaçırılıb. Bundan başqa Criminal.az saytı R.Rəhimovun hadisədən sonra qəza yerində olmasını sübut edən videogörüntüləri də əldə edib.
Məlumat üçün bildirək ki, R.Rəhimovun atası A.Rəhimov 2010 və 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı namizədliyini irəli sürüb. Aktiv seçki kampaniyası aparan A.Rəhimov qalib gəlmək şansları olsa da, qəfil namizədliyini geri çəkib. Bilinən odur ki, A.Rəhimov “Yeganə Mamed” kimi tanınan, uzun illər “Yeganə” şadlıq sarayını işlədən Mamed Rəhimovun qardaşıdır. M.Rəhimovun yaşadığı problemlər üzündən 2011-ci ildə ölkədən getdiyi də bildirlir.
A.Rəhimovun 2015-ci ildə seçicilərə müraciətindən qeydləri təqdim edirik: “50 saylı Abşeron-Qobustan seçki dairəsindən Azərbaycan Respublikasinin Milli Məclisinə deputatlığa namizəd Rəhimov Akif Şəmiddın oğlu 1969-cu il may ayının 17-də Qərbi Azərbaycanın Göyçə mahalında fəhlə ailəsində anadan olmuşdur.1986-cı ildə orta məktəbi bitirmişdir.1987-1989-cu illərdə əskəri xidmətdə olmuşdur. Ali təhsilli hüquqşünasdır.
Rəhimov Akif Şəmiddin oğlu 1995-1998 ci illərdə Rusiya Fedarasiyasının Sankt-Peterburq,Moskva şəhərlərində sahibkarlıqla məşğul olub. 1998-ci ildən Azərbaycana qayıdıb, çoxşaxəli sahibkarlıq fəaliyyətini davam etdirib. Hazırda Rəhimov Akif Şəmiddin oğlu “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir.
Qeyd edək ki, çərhum piyada K.Əkbərovanın anası Bəsti Qədimova demişdi ki, qızını vuran sürücünün idarə etdiyi maşın da daxil olmaqla, 3-4 maşın Salyan şosesində yerləşən “Manqal” restoranına gedirmişlər: “Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”. Hazırda qəza ilə bağlı Səbayel Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq Vüqar Abbasov istintaq aparır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Shehid, vuran, biznesmen, DDA, polisler, qachirib, hadise, oglunu, , yerinden, qizini
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ