SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Denis Afanasyev Həştərxan Vilayəti Sənaye, nəqliyyat və təbii ehtiyatlar naziri təyin olunmuşdur

Denis Afanasyev Həştərxan Vilayəti Sənaye, nəqliyyat və təbii ehtiyatlar naziri təyin olunmuşdur

Tarix:

1-04-2019, 15:07

/ 978 dəfə oxundu.
Denis Afanasyev Həştərxan Vilayəti Sənaye, nəqliyyat və təbii ehtiyatlar naziri təyin olunmuşdur

Uzun illər Rusiya Federasiyasının Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri vəzifəsində fəaliyyət göstərən Denis Afanasyev son illər ərzində Azərbaycan və Həştərxan vilayəti arasında dostluq və iqtisadi əməkdaşlığın yüksək templə inkişafına böyük töhfə vermişdir. Belə ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan həyata keçirilmiş müxtəlif genişmiqyaslı layihələrdə, o cümlədən Ulu öndər Heydər Əliyevin abidəsinin ucaldılması və parkın salınması, Ümummilli liderin adını daşıyan 11 nömrəli tam orta məktəbin rekonstruksiyası və yeni korpusların tikilməsi, həmin məktəbin nəzdində yeni uşaq bağçasının inşası, Meçta uşaq əyləncə şəhərciyinin salınması və digər layihələrin həyata keçirilməsində birbaşa fəal iştirak etmişdir.
Bütün bunları nəzərə alaraq 2017—ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə D.Afanasyev “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Onun yüksək səmərəli fəaliyyətini nəzərə alaraq Həştərxan vilayətinin qubernatoru S.Morozov 1 aprel 2019-cu il tarixindən D.Afansyevi Həştərxan vilayətinin Sənaye, nəqliyyat və təbii ehtiyatlar naziri vəzifəsini icra edən təyin etmişdir.

Şərhlər

XƏBƏR LENTİ