XalqXəbər.Az

Tramp Tillersonu işdən qovdu

yüklənir...
Tramp Tillersonu işdən qovdu
13-03-2018, 17:16
yüklənir...

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edib.

Xalqxeber.Az xəbər verir ki, prezident bu barədə “Twitter” hesabında məlumat verib.

Səbəb kimi xarici siyasətdə fikir ayrılıqları göstərilir.

Tramp bildirib ki, bu fikir ayrılıqları “təmiri çətin bir hal” alıb.

Tpamp və Tillerson arasında İran, Koreya və Qətər mövzularında tez-tez münaqişələr yaranıb və bu, mediaya sızıb.

Tillersonu bu vəzifədə Mayk Pompeo əvəzləyəcək.

Pompeo indiyədək Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olub.

“CİA direktoru Mayk Pompeo yeni dpvlət katibimiz olacaq. Əla bir iş alınacaq.Reks Tillersona xidməti üçün təşəkkür edirik. Cina Haspel yeni CİA direktoru və bu vəzifəyə gələn ilk qadın olacaq. Hər kəsi təbrik edirəm”, – Tramp “twit”ində yazıb.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.