yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Telmana demişdim, bu bazarı bağla...” - Lujkov

“Telmana demişdim, bu bazarı bağla...” - Lujkov
28-11-2017, 10:12 247 dəfə baxılıb

Moskvanın keçmiş meri Yuri Lujkov sifarişli qətllərə görə barəsində beynəlxalq axtarış elan edilən və qiyabi həbs qətimkan tədbiri seçilən azərbaycanlı keçmiş milyarder-oliqarx Telman İsmayılovu hələ də dostu saydığını deyir. Lujkov bu barədə “İzvestiya” nəşrinə danışıb.

Keçmiş mer deyib ki, T.İsmayılovun bu günə düşməsinin əsas baiskarı “Çerkizovsk” bazarı oldu. “Bu bazarı mən özüm də xoşlamırdım. Telmana dedim ki, bazar dəhşətlidir, onu bağlamaq lazımdır, lakin bazarı bağlamağa imkan vermədilər. Dedilər bu sənin işin deyil”-Lujkov bildirib.

Lujkovun sözlərinə görə, o, T.İsmayılova dəfələrlə deyib ki, “Çerkizovsk” bazarının gələcəyi yoxdur. Əgər o, Moskvada qalıb işləmək istəyirsə bu bazarı bağlayıb sivil ticarət formasına keçmək lazımdır. “Təəsüf ki, o məni eşitmədi”-keçmiş mer deyib.

Keçmiş mer deyib ki, Telman İsmayılov vaxtilə çox xeyirxah işlər görüb, çətin dövrlərdə Rusiya mədəniyyətinə dəstək verib.

T.İsmayılovun hazırda Fransada gizləndiyi təxmin edilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , demishdim, Telmana, bagla, bu, bazari, Lujkov
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ