SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Azərbaycanlıların bazasına polis basqın: onlarla şəxs saxlanıldı

Azərbaycanlıların bazasına polis basqın: onlarla şəxs saxlanıldı

Tarix:

22-09-2017, 11:44

/ 98 395 dəfə oxundu.
Azərbaycanlıların bazasına polis basqın: onlarla şəxs saxlanıldı

Rusiyanın Yekaterinburq şəhərində yerləşən 4 saylı mevə-tərəvəz bazasında reyd keçirilib. Yerli OMON və polisin bazada qəfil reydi nəticəsində 200-dək miqrant saxlanılıb. Onların böyük əksəriyyəti azərbaycanlılardır.
“OMON və polis bazaya qəfil soxuldu. Heç kimə tərpənməyə imkan vermədilər. Miqrantların sənədlərini aldılar, hamını yeli polisə gətirdilər. Böyük ehtimalla çox adamı deportasiya edəcəklər”, deyə mənbə bildirib.
Xatırladaq ki, adıgedən baza Ural regionunun ən böyük meyvə-tərəvəz bazası sayılır. Bu baza ətrafında ətrafında isə illərdir qalmaqal səngimək bilmir. Ona sahib olmaq üçün mərhum qanuni oğru Rövşən Lənkəranskinin tərəfdarlarından tutmuş Lotu Quli, habelə Ded Xasanın kürd klanı illərdir amansız mübarizə aparırdı.

Şərhlər

XƏBƏR LENTİ