SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanlı fəal qazandı: - Aclıq aksiyası dayandırıldı

Azərbaycanlı fəal qazandı: - Aclıq aksiyası dayandırıldı

Tarix:

5-07-2017, 12:02

/ 63 043 dəfə oxundu.
Azərbaycanlı fəal qazandı: - Aclıq aksiyası dayandırıldı

Tehranın Evin həbsxanasında olan tanınmış azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi iyulun 4-ü axşam saatlarında tələblərinin yerinə yetirilməsindən sonra aclıq aksiyasını dayandırıb.

Artıq Tehran Apelyasiya Məhkəməsinin nümayəndələri məhbusun vəkili Məhəmmədrza Fəqihiyəyə Mirzayinin işi ilə bağlı heç bir maneənin qalmadığını söyləyiblər. Vəkilə iyulun 8-də apelyasiya məhkəməsinə müraciət etməsi gərəkdiyi bildirilib. Məhz bundan sonra Mirzayi aclıq aksiyasını dayandırıb.

Qeyd edək ki, Mirzayi aclıq aksiyasını 18 gün davam etdirib. Nəticədə o, 12 kiloqram arıqlayıb.

Siyamək Mirzayi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi – red.) tərəfindən keçən il iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz qurum yaratmaqda günahlandırılır. Tehran İnqilab Məhkəməsi siyasi fəalı 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

Şərhlər

XƏBƏR LENTİ