yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Kasıbların təhsil pulunu artıran Abel Məhərrəmov prezidentə qarşı

Kasıbların təhsil pulunu artıran Abel Məhərrəmov prezidentə qarşı
25-05-2017, 09:38 114 696 dəfə baxılıb

Əhalinin sosial vəziyyəti çətinləşir. İqtisadi böhran və devalvasiya insnaların gündəlik həyatına çox böyük təsir edib
Ailələrin büdcəsi azalıb, gəlirlər aşağı düşüb, xərclər çoxalıb.
Bu vəziyyətdə dövlət universitetləri özəl ali məktəblərdən fərqli olaraq, təhsil haqlarını növbəti tədris ili üçün artırıb. Bakı dövlət, neft və sənaye universitətləri təhsil haqlarını artıran universitetlər sırasındadırlar.
Növbəti tədris ilində Dövlət Universitetlərinin bəzilərində təhsil haqları artırılacaq. Yəni özəl ali məktəblərin təhsil haqlarını endirməsi dövlət universitetlərinə təsir etməyəcək.
Bakı Dövlət Universitetinin rektor köməkçisi Məzahir Sultanovun sözlərinə görə, univerisitetin hər il sifariş etdiyi qəbul planı tamamilə dolur.
Buna görə də, yeni tədris ilində təhsil haqlarının endirilməsindən söhbət gedə bilməz. Əksinə, bəzi ixtisaslarda təhsil haqları artırılıb. Universitetdə ümumilikdə ixtisasdan asılı olaraq bu il təhsil haqları 1600-2200 manat arasında dəyişir.
Bəzi ixtisaslarda növbəti tədris ili üçün təhsil haqlarını artıran dövlət universitetərindən biri də Neft və Sənaye Universitetidir.
Bu universitetdə isə təhsil haqları ixtisasdan asılı olaraq 1300-1800 manat arasında dəyişir. Azərbaycan Dövlət Pedaqoji Universitetində isə təhsil haqları ötən ildə olduğu kimi qalıb. İqtisad və Dillər Universitetində də növbəti tədris ili üçün təhsil haqları artırılmayacaq.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov hər bir valideynin onun kimi yaşadığını düşünür.
İnsanların sosial vəziyyətini nəzərə almayan rektor ilin-günün bu vaxtından təhsil haqqını qaldırır. Prezidentə qarşı bir siyasət yürüdən A.Məhərrəmov tələbələri və valideynləri üstünə qaldırır.
Onu da demək lazımdır ki, ölkəyə nüfuzlu elm adamları, siyasi xadimlər, tanınmış şəxsiyyətlər yetişdirmiş BDU indi rüşvətlə, tələbələri təhdid edən dekanlarla, alt qrupa imtaha görə pul istənilməsi ilə, icra başçılarına, vəzifəli şəxslərə diplom satmaqla gündəmə gəlir.
A.Məhərrəmovun qurduğu sistem artıq “Təfəkkür”, “Kooperasiya”, ABU kimi bazara çevrilmiş universitetlərdən fərqlənmir.
Görünən budur ki, BDU rektoru Müşviq Atakişiyev, Elşad Abdullayev yolu getməkdədir. Hətta bir müddət əvvəl rektorun adı icra başçılarına diplom satmaqda keçirdi.
Məsələn, Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılovun “Wikipedia” səhifəsində 984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə - yəni 42 yaşında isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirməsi qeyd olunub. Amma başqa mənbələr bu diplomun saхta olduğunu iddia edib.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov vaxtilə verdiyi müsahibədə BDU-da rüşvətxorluq hallarının GDU-dan daha çox olduğunu bildirmişdi.
Bunu bir tələbə yox ölkənin ikinci şəhərinin universitetinə rektorluq edən şəxs açıqlayıb. Sonuncu qalmaqal BDU-nu və az-çox hörməti qalan Jurnalistika fakultəsini tamamilə gözdən saldı.
Dekan müavini çıxışında BDU-nun Jurnalistika fakultəsinin dekanatlığını elə təsəvvür edir ki, sanki məlum dekanatlıq dövlət əhəmiyyətli, xüsusi məxfi qurumdur. Boş-boş danışmağı bir yana, səs yazısında tələbələri təhdid belə etməkdən çəkinmir.
Üstəgəl, daha bir dekan - səfirin bacısı tələbəni məhkməyə verib. Adı bu işlərə qarışmış rektor və BDU indi də tələbələrin təhsil haqqını qaldırır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Meherremov, qarshi, pulunu, Abel, prezidente, artiran, Kasiblarin, tehsil
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ