Özəllər endirir, dövlət artırır: Təhsil sektorunda nə baş verir? (ŞƏRH)
Özəl universitetlər illik təhsil haqlarını aşağı salıb. Hətta bəzi təhsil ocaqları illik ödənişi 50 faizədək endirib. Dövlət universitetlərində isə əksinə, təhsil haqları artırılıb.
Bəs bunun səbəbi nədir? Özəl universitetlərdə təhsil haqqlarının endirilməsi, dövlət universitetlərində isə qaldırılması təhsilin səviyyəsinə necə təsir edəcək? Bu abituriyentlərin dövlət universitetlərindən üz döndərməsinə səbəb olmayacaq?
Məsələni şərh edən Azərbaycan Texniki Universitetinin İctimai Şurasının sədri, Bakı Dövlət Universitetinin professoru, təhsil üzrə ekspert Şahlar Əsgərov bunun müsbət nəticələri ola biləcəyini bildirib:
Təhsil haqlarının özəl universitetlərin bəzilərində endirildiyi üçün abituriyentlərin həmin təhsil müəssisələrinə daha çox meyl etməsinə səbəb olması gözləniləndir. Əslində ali təhsil müəssisələrinin təhsil haqları bazar münasibətləri ilə tənzimlənməlidir. Azərbaycan gənc ölkə olduğundan bu sahədə bazar münasibətləri hələ tam formalaşmayıb. Bu səbəbdən də qiymətlər inzibati yollarla tənzimlənir. Özəl universitetlər təhsil haqlarını aşağı salıblarsa, bu faydalı bir şeydi. İndi ali təhsil kasıb ailələr üçün də əlçatan olacaq. Bu da ali təhsilli insanların sayının artması deməkdir. Dövlət universitetlərinin bəzi fakültələrinə tələb yüksək olduğundan qiymətlər qalxa bilər, tələb az olan fakültələrdə isə əksinə endirilə bilər. Dediyim kimi, bu, tələb və təklifdən irəli gələn məsələdir".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...