yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Vətəndaşların əsəbləri ilə oynayırlar” - YAP-çı deputat

“Vətəndaşların əsəbləri ilə oynayırlar” - YAP-çı deputat
16-05-2017, 15:21 81 429 dəfə baxılıb
yüklənir...

“Vətəndaşlarımızın kabel televiziyasına hüquqları kifayət qədər pozulur. İnsanların əsəbləri ilə oynayırlar”

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, bildirib ki, bəzi kabel televiziyaları çox pis göstərir: “Vətəndaşların əsəbləri ilə oynayırlar. Ya pis göstərir, ya bağlanır. Yağış yağır, qar yağır yayım kəsilir. Məhkəməyə də müraciət edəndə vətəndaş 2 ay gedib-gəlir. Axırda da şirkət 150 manat cərimə olunur. Buna görə də cərimələrin məbləği artırılmalıdır. Amma kabel televiziyları vətəndaşlara 1 manat da güzəştə getmir. Bundan başqa vətəndaşa seçim imkanı vermirlər. Bütün paketlərdə demək olar ki, eyni kanallardır. Kanalların keyfiyyəti də yaxşı olmalıdır”.

Deputat internet televiziyalarla bağlı sərt qanunların qəbul edilməsinin vacibliyini vurğulayıb: “Xaricdə 3-5 nəfər kamera alıb, Azərbaycanda yaşamayan insanlardan müsahibə alaraq ölkəmiz haqqında soruşurlar. Hansıki, araşdırma aparanda məlum olur ki, Azərbaycanda elə bir insan yoxdur. Aprel döyüşlərində də buna təsadüf etdik. Onlar ermənidən pul alıb, belə danışırlar. Bunların qarşısı alınmalıdır”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: deputat, oynayirlar, YAP chi, ile, esebleri, , Vetendashlarin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

29-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ