XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Kabel televiziyaları can alır: “AN-MEDİA”dan əlil qoyduğu işçisinə laqeydlik...

Kabel televiziyaları can alır: “AN-MEDİA”dan əlil qoyduğu işçisinə laqeydlik...

Kabel televiziyaları can alır: “AN-MEDİA”dan əlil qoyduğu işçisinə laqeydlik...
25-07-2017, 09:51

Cavanşir Qasımov 12 gün işlədiyi şirkətdən bir qolunu itirməklə və başından aldığı xəsarətlərlə ayrılıb
İş zamanı onu elektrik cərəyanı vurub. Təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən gənc 9 ay yatılı müalicə alıb.
Cavanşirin anası Elmira Qasımova deyir ki, hər dəfə şirkət rəhbərindən dava-dalaşla oğlunun müalicəsi üçün 200- 300 manat alıb. Amma bu vəsait oğlunun sağalması üçün bəs eləməyib.
Cavanşir Qasımov 2015-ci ildə "AN-MEDİA" şirkətində işə başlayıb. Onunla əmək müqaviləsi imzalanmayıb. İşlədiyi ərazidə də üzərinə nəzarətçi təyin edilməyib. Ailə şirkətdən məhkəməyə şikayət edərək onlardan 100 min manat təzminat tələb edib.
Qaradağ rayon Məhkəməsi şirkət rəhbərinə iki il icbari iş cəzası verib. Onun maaşından 20 faiz dövlətə vergi tutulub. Zərərçəkənin təzminat tələbi təmin olunmayıb. Qərardan verilən kassasiya şikayəti iyulun 4-də yenidən Apelyasiya Məhkəməsinə qaytarılıb.
Şirkətin direktoru İlqar Şahhüseynov bildirib ki, Cavanşir Qasımovun müalicəsinə yardım göstərib. İranda müalicə xərclərini qarşılamağa hazır olsa da, ailə razılaşmayıb.
Elmira Qasımova isə deyir ki, oğlunun müalicəsi yüz min manatdan çox vəsait tələb edir. Bu məbləği də şirkət ödəmək istəmir. 28 yaşında birinci qrup ömürlük əlil olan Cavanşir Qasımovun bir istəyi var, canındakı ağrılar getsin.
"AN-MEDİA" şirkəti kabel televiziyasıdır. Bu şirkət 2006-cı ildə yaradılıb. Əslində, bu qədər uzun zamana baxmayaraq, məşhur firma deyil.
Şirkət ancaq işçisi ilə gündəmə gəlib və tanınıb. Ümumiyyətlə, bu və digər kabel televiziyalarının fəaliyyəti yoxlanmalıdır. Hətta onların bəziləri bağlanmalıdır.
Bu gün kabel televiziyası sahəsinə dövlət nəzarəti sıfır səviyyəsindədir. Prosedur və qayda yoxdur ki, hansı əsasla kabel televiziyası kimlərin seçimini edə, hansı yayımçılar yayımı apara bilər.
Təəssüf ki, bəzən abunəçiyə xəbər vermədən, onunla razılaşma aparmadan kanalların yayımı dayandırılır. onlardan bəzilərinin bağlanmasına hazırlıq gedir.
Artıq rəsmi açıqlama da var. “Kabel televiziyası sahəsində qeyri-qanuni yayımla məşğul olan insanlar var ki, onlara yayımçı da demək olmaz, sadəcə sahibkarlar öz binalarının içərisində qeyri-qanuni kabel şəbəkəsi yaradıblar.
Belə hallar kütləvi xarakter alıb". Bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
N.Məhərrəmli bildirib ki, sözügedən problemi tək Milli Televiziya və Radio Şurası yox, digər qurumlarla birlikdə həll etmək mümkündür:
"Kabel televiziyası haqqında” qanun qəbul olunandan sonra bu sahədə tədbirlər daha da sərtləşəcək. Söhbət ilk növbədə cərimələrin tətbiqindən gedir.

Ulus.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.