yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Xəzər rayon sakinləri Prezidentdən kömək istəyir - ŞİKAYƏT

Xəzər rayon sakinləri Prezidentdən kömək istəyir - ŞİKAYƏT
5-05-2017, 15:32 140 147 dəfə baxılıb
yüklənir...

Redaksiyamıza Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55-də yaşayan təqaüdçü Əliyev Ağasadıx İbrahim oğlunu, Xəzər rayonu, Binə qəsəbəsi, Hacıbəyov küçəsi, ev 21-də yaşayan təqaüdçü Şücai Qızxanım Nadir qızı, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsi, ev 135-də yaşayan Zeynalova Azadə Xudaverdi qızı və Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55-də yaşayan 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızının Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova və ədliyyə naziri Fikrət Məmmədova ünvanlı müraciəti daxil olub.

Müraciətdə deyilir:
«Hörmətli cənab Prezident!
Hörmətli cənab Baş prokuror!
Hörmətli cənab nazir!
Bildiririk ki, Buzovna bələdiyyəsində bizə qarşı edilmiş haqsızlıqla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə və Xəzər rayon İcra Hakimiyyətinə etdiyimiz şikayətə görə Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Əliyev Mətləb Firuz oğlu işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsinə dair iddia ilə bizi Xəzər rayon Məhkəməsinə verib.
Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev biz təqaüdçülərdən ona dəymiş ziyana görə 400 min manat kompensasiya tələb edir. Əslində o, bunula bizi susdurmaq və özünün vəzifə kreslosunu qorumaq istəyir.
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi respublikadır. Hüquqi dövlətdə qanunun aliliyi prinsipi var. Yəni qanun hər şeydən üstündür. Biz də Azərbaycan vətəndaşlarıyıq və bizim də Konstitusiya ilə qorunan hüquqlarımız var. Həmin hüquqlardan da biri müraciət etmək hüququdur.
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində müraciət etmək hüququ müəyyən olunub. Həmin maddənin 1-ci bəndində qeyd olunub ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Konstitusiyada təsbit olunub ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
Azərbaycan Respublikası “Vətəndaşların müraciətləri haqqında” Qanununun 1.1-ci maddəsində qeyd olunub: “Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır”.
Həmin Qanunun 1.3-cü maddəsində qeyd olunur ki, irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və diğər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.
“Vətəndaşların müraciətləri haqqında” Qanununun 7.13-cü maddəsinə əsasən vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.
Həmin Qanunun 12.4. maddəsinə əsasən dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşların və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.
Həmin Qanunun 12.5. maddəsinə əsasən nüraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları, o cümlədən dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatları yayması (yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi istisna olmaqla), eləcə də müraciətin həlli ilə bağlı olmayan fərdi məlumatların, o cümlədən xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır.
Bu maddələrdən aydın olur ki, vətəndaşların etdikləri müraciət kənar şəxsə verilməsi və yayılması qadağandır.
Amma Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədov və Xəzər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov “Mülki işə hüquqi yardım göstərilməsi” ilə bağlı vəkil Fərman Dəmir oğlu Cəfərovun sorğusuna Buzovna bəlıdiyyəsinin sədri Mətləb Əliyevin barəsində etdiyimiz müraciətləri veriblər.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədovun həmin sorğuya cavab məktubunda bildirilir ki, “Mülki işə hüquqi yardım göstərilməsi ilə bağlı sorğunuza uyğun olaraq Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyevin barəsində vətəndaş Firəngiz Quliyevanın Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə daxil olmuş müraciətinin surəti sizə göndərilir”.
Eyni cavab məktubu Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənova da aiddir. Belə ki, o da “Əliyev Mətləb Firuz oğlunun mülki işinə hüquqi yardım göstərilməsi ilə əlaqədar zəruri olduğundan Quliyeva Firəngiz Hüseyn qızı, Əliyev Ağasadıx İbrahim oğlu, Zeynalova Azadə Xudaverdi qızı və Şücai Qızxanım Nadir qızının Buzobna bələdiyyəsinin sədri Mətləb Əliyev haqqında Xəzər rayon İcra Hakimiyyətinə daxil olmuş elektron şikayət ərizələrinin surətinin təqdim edilməsi barədə Rayon İcra Hakimiyyətinə ünvanladəğınız M26/2 nömrəli, 11.04.2017-ci il tarixli sorğu məktubunuza cavab olaraq yuxarıda adları qeyd olunan vətəndaşların şikayət ərizələrinin surəti sizə təqdim edilir”.
Bizə bu məktubları Xəzər rayon Məhkəməsində hakim təqdim etdi və bildirdi ki, bunları məhkəməyə Mətləb Əliyevin nümayəndəsi verib.
“İnformasiya əldə etmək" haqqında Azərbaycan Respublikası Qanununun 21.1.1. maddəsinə əsasən sorgu əldə edilməsi qanunla məhdudlasdırılan informasiyaya aid olduqda, yaxud sorguçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda informasiya sahibi sorgunun icrasından imtina etməlidir.
Hansı əsasla dövlət məmurları Konstitusiyanın və qanunun tələbini pozaraq vətəndaşların müraciətinin surətini sorğuya əsasən üçüncü şəxsə verib?
Nə üçün dövlət məmurları qanunun tələbini pozublar? Yaxud, biz bəlkə qanun tələbini düzgün başa düşmürük? Axı qanuna görə, vətəndaşın müraciətinin yayılması qadağandır və bu məsuliyyət yaradır. Yoxsa, qanunun bu norması dövlət məmurlarına aid deyil? Niyə həmin ərizələri araşdırmaq əvəzinə, surətini çıxarıb Mətləb Əliyevə çatdırırlar?
“Vətəndaşların müraciətləri haqqında” Qanunun 16-cı maddəsində birmənalı qeyd olunur ki, bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Niyə həmin ərizələri araşdırmaq əvəzinə, surətini Mətləb Əliyevə çatdırırlar?
Bizim vaxtilə Buzovna bələdiyyəsində işləmiş Mətanət Əkbərovadan şikayətimiz olub. Çünki Buzovna bələdiyyəsinin müfəttişi kimi bizim yol çəkilişi ilə əlaqəli plana düşən torpaq sahələrimizin kompensasiyalarını «Azəryolservis» ASC-dən (indiki «Azəravtoyol» ASC) alıb bizə verəsəyini vəd etmişdi. Bələdiyyə yerli hakimiyyətdir və biz Mətanət Əkbərovaya bir bələdiyyə işçisi, yerli hakimiyyətin nümayəndəsi kimi inanmışdıq. Lakin Mətanət Əkbərova ona olan etibarımızdan sui-istifadə edərək bizi aldatdı. Torpaqlarımız əldən gedib, lakin adlarına heç bir topaq sahəsi olmayan Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyevin və Mətanət Əkbərovanın qohumları pul alıblar. Bizim şikayətimiz əsasında Xəzər rayon Polis İdarəsində Mətanət Əkbərovaya qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlandı. Onun barəsində həbs qətiimkan tədbiri seçildi. Lakin sonradan Mətanət Əkbərova azdlığa buraxıldı. Müstəntiq Kamran Zülfüqarov bizi iş üzrə zərərçəkmiş kimi tanımadı və işi məhkəməyə göndərdi.
Məlumat üçün bildirik ki, Mətanət Əkbərova Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə Buzovna bələdiyyəsində işləyərkən iki dəfə cinayət məsuliyyətinə cəlb olunub. Bu, üçüncü dəfədir. Onun əməllərindən və cinayət məsuliyyətinə cəlb olunmağından Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyevin xəbəri olub, bununla belə, Mətanət Əkbərovanın bələdiyyədə işləməsinə göz yumub.
Hesab edirik ki, bunun sübutu üçün aşağıda qeyd olunalar kifayət edər.
Xəzər RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Kamran Zülfüqarovun icraatında olan 160016026 nömrəli cinayət işinin iş üzrə “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi barəsində” 11 noyabr 2016-cı il tarixli Qərarında qeyd olunubki:
“17.05.2016-cı il tarixdə müstəntiq Eldar Əliyev tərəfindən şahid qismində dindirilən Əliyev Mətləb Firuz oğlu ifadəsində bildirmişdi ki, 2010-cu ilin may ayından Buzovna qəsəbə bələdiyyəsində sədr vəzifəsində işləyir. Buzovna bələdiyyəsində üç bələdiyyə müfəttişi var ki, onlardan biri də Əkbərova Mətanət Əkbər qızıdır. Belə ki, Mətanət Əkbərova əvvəllər iki dəfə Cinayyət Məcəlləsinin 178-ci maddəsi, yəni dələduzluqla məhkum olunmuşdur. Həmin cinayətləri də bələdiyyədə işlədiyi zaman törətmişdir ki, bələdiyyə işçisi olmasını bildirərək, vətəndaşlara saxta sənədlərlə torpaq satmış və pul almışdır. Yol çəkilməsi ilə əlaqədar torpaq sahələri plana düşən şəxslərdən dövlətdən artıq pul alması adı ilə pullar alıb və bu kimi müxtəlif saxta hərəkətlər etmişdir”.
Biz dəfələrlə bələdiyyə sədri Mətləb Əliyevin yanında omuşduq. O, söz vermişdi ki, pulumuzu Mətanət Əkbərovadan alıb bizə verəcək. Amma heç bir köməklik etmədi. Əksinə, susdurmaq üçün bizi məhkəməyə verdi.
Hörmətli cənab Prezident!
Hörmətli cənab Baş prokuror!
Hörmətli cənab nazir!
Qeyd olunanları əsas tutaraq Sizdən xahiş edirik, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzindən və Xəzər rayon İcra Hakimiyyətindən konstitusion hüquqlarımızı pozaraq dövlət orqanılarına etdiyimiz müraciətlərin Mətləb Əliyevə verilməsi faktının araşdırılmasına göstəriş verəsiniz və həmin məmurlar barəsində ən ciddi tədbirlər görülsün».
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

tezadlar.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: komek, Xezer, isteyir, sakinleri, ShKAYET, , Prezidentden, rayon
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ