SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əflatun Amaşov Zöhrab Əmirxanlıdan yazdı: "Yoxluğunu qəbul etmək son dərəcə çətindir"

Əflatun Amaşov Zöhrab Əmirxanlıdan yazdı: "Yoxluğunu qəbul etmək son dərəcə çətindir"

Tarix:

2-05-2017, 14:19

/ 60 138 dəfə oxundu.
Əflatun Amaşov Zöhrab Əmirxanlıdan yazdı: "Yoxluğunu qəbul etmək son dərəcə çətindir"

"Jurnalist Zöhrab Əmirxanlının vəfatı xəbərindən çox sarsıldım. Hesab edirəm ki, jurnalistikamız, eləcə də publisistikamız özünün dəyərli imzasını itirdi. Bu itki son dərəcə ağırdır".
Bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Feysbuk"dakı səhifəsində yazıb.
Onun sözlərinə görə, Zöhrab iliyinə qədər jurnalist idi:
"O, yaddaşımda peşənin təəssübünü çəkməsi ilə qalacaq. Təkcə ona görə yox ki, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirmişdi. Həyatda elə dəyərlər var ki, onları insana heç bir ali təhsil aşılamır. Zöhrab dəyərləri, prinsipləri rəhbər tutan və peşəni də bu xüsusiyyətlərinə görə sevdirən biri idi. Hansı sahədə çalışsaydı, mahiyyət dəyişməz qalacaqdı. Nə yaxşı ki, Zöhrab jurnalist oldu".
Şura sədrinin sözlərinə görə, Zöhrab Əmirxanlı hadisə və proseslərə məxsusi yanaşma tərzi ilə seçilirdi:
"Bu tərzə emosiya, duyum, həssaslıq hakim kəsilmişdi. Bəzənsə kompromissizlik, barışmazlıq, hətta mürəkkəblik qabarıq görsənirdi. Ancaq bütün bunlar Zöhrabı sevdirirdi. Çünki onun bütün çılğınlıqlarında səmimilik, təmənnasızlıq var idi ki, bu da Zöhrab Əmirxanlı obrazını tamamlayır, bütövləşdirirdi.
Bir daha deyim ki, Zöhrab Əmirxanlının vafatından çox üzüldüm. Onun yoxluğunu qəbul etmək son dərəcə çətindir. Allahdan Zöhraba rəhmət diləməkdən başqa çarəmiz də qalmır. Doğmalarına, əzizlərinə, onu tanıyanların hər birinə dərin hüznlə başsağlığı verirəm".

Şərhlər

XƏBƏR LENTİ