XalqXəbər.Az

"Heydər Əliyev fonduna və Mehriban Əliyevaya minnətdaram" - rejissor

yüklənir...
19-01-2017, 19:34
yüklənir...

ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan xərçəng xəstəsi, rejissor Şahin Zəkizadə aylar sonra efirə çıxıb.

Məlumata görə, Şahinin xanımı Səbinə Zəkizədə bunları söyləyib:

"Həkimlər müalicə edəndən sonra dedilər ki, xərçəngdir. Dünyam başıma yıxıldı. Çox qorxurdum. Şükür ki, hər şey yaxşı oldu. Buradan xalqımıza, Heydər Əliyev fonduna, birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Şahin bilir ki, onu çox sevirəm. Allah onu üstümüzdən əksik etməsin".

Şahin Zəkizadə isə xəstəliyi haqqında söz açıb:

"Fatimə bu il 1-ci sinifə getdi. Xəstəlik dövründə məni yandıran bir şey oldu ki, məktəbin ilk günündə onun yanında olum. Gedə bilmədim. Şükürlər olsun ki, övladlarım yanımdadır. Onları tək qoymamışam. Mənə dəstək olan bütün insanlara təşəkkür edirəm. Tanımadığım o qədər insan mənə dəstək oldu ki... Mesajların çoxunu heç oxuya bilmirdim. Heydər Əliyev fonduna və Mehriban Əliyevaya minnətdaram. Sizin də bütün kollektivinizə təşəkkür edirəm. Bu xəstəliyə tutulanlar və təzəcə özündə kəşf edənlər çalışsınlar ki, həyatda tutuna biləcək bir şey tapsınlar. Müsbət notlara köklənsinlər".

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.