yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ziya Məmmədovla İlqar Əliyev Göyçayın sabiq şefini necə bitirdi?

Ziya Məmmədovla İlqar Əliyev Göyçayın sabiq şefini necə bitirdi?
11-04-2017, 17:12 59 781 dəfə baxılıb

Ziya Məmmədovun vəzifədən gedişi və Nəqliyyat Nazirliyinin ləğvi Göyçayın sabiq icra başçısı, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Texniki siyasət şöbəsinin müdir müavini Mübariz Ağayevin mövqeyini zəiflədib
Daxil olan məlumata görə, keçmiş icra başçısının hazırki siyasi mövqeyi və imkanları çox laxlayıb. İ.Əliyevin intiharından sonra Z.Məmmədovun vəzifədən gedişi M.Ağayevin işini çətinləşdirib.
KTN-də vəzifə tutan və sabiq nazirin qudası olan Heydər Əsədova arxalanmış M.Ağayev himayəçi axtarışındadır. Çünki onun bütün əməllərini deşifrə edən və ifşa edən faktlar yenidən ortaya çıxıb.
Belə ki, M.Ağayevin Qubadan Göyçaya icra başçısı gətirilməsi və bu vəzifədə qısa müddət qalmasının səbəbi MTN işi olub.
İddialara görə, sabiq icra başçısının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, Bakı İstintaq Təcridxanasında intihar etdiyi bildirilən İlqar Əliyevlə əlaqələri onun Göyçayla vidalaşmasına səbəb olub.
Daxil olan məlumata görə, intihar etmiş MTN vəzifəlisinin qardaşı İsmayıl Əliyev "Yeni Müsavat” qəzetinə müsahibəsində də dolayısı ilə bu faktı təsdiqləmişdi.
İsmayıl Əliyev bildirmişdi ki, qardaşının həbsindən sonra keçmiş iş yoldaşlarından heç kim onlara baş çəkməyib:
"Heç kim gəlmirdi. Min ilin dostları gəlib bizə salam vermirdilər. Qorxurdular ki, əlaqəni müəyyən edərlər. Vəzifədə olanlar xüsusən qaçır bizdən. İlqarın ətrafında olanlar atamın hüzrünə gəlmədilər. Bircə Mübariz müəllim gəldi. İlqarın hüzründə, gələ bilməmişdi, xəstə olmuşdu, amma gəlib başsağlığı verdi”.
İsmayıl Əliyevin bu fikirlərində diqqətçəkən məqam İlqar Əliyevin həbsindən sonra da onlarla əlaqəni kəsməyən Mübariz adlı şəxsdir. İlqar Əliyevin qardaşı bu şəxsin kimliyini açıqlamayıb. Lakin məlumata görə isə İsmayıl Əliyevin "Mübariz müəllim” dediyi şəxs Göyçay rayonunun keçmiş icra başçısı Mübariz Ağayevdir.
Mübariz Ağayev İlqar Əliyevlə möhkəm dost olub. Onun icra başçısı vəzifəsindən çıxarılmasının bir səbəbi kimi İlqar Əliyevlə yaxın münasibətləri göstərilir.
Xatırladaq ki, M.Ağayev 2006-cı ildə Göyçaya icra başçısı təyin edilib, 1 il sonra görəvdən alınıb. İkinci dəfə isə 2015-ci il yanvarın 27-də sözügedən rayonun icra başçısı postuna gətirlib. Bu dəfə Mübariz Ağayevin rəhbərliyi təxminən 1 il 5 ay çəkib.
O, 2016-cı il iyunun 10-da vəzifəsindən uzaqlaşdırılıb. 2006-cı ildən icra başçısı vəzifəsində çalışmasına baxmayaraq, Mübariz Ağayev "zəngin” məmur taleyi yaşayıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Mübariz, başçısı, İlqar, Əliyevin, İsmayıl, Ağayev, Ağayevin, sonra, sabiq, keçmiş, Nazirliyinin, Əliyevlə, məlumata, Məmmədovun, İlqarın, Göyçaya, Əliyev, səbəbi, vəzifəsində, qardaşı
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ