yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Səfər Mehdiyev sahibkarlara necə mane olur? - ŞİKAYƏT VAR

Səfər Mehdiyev sahibkarlara necə mane olur? - ŞİKAYƏT VAR
19-01-2017, 10:11 507 dəfə baxılıb

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük generalı Səfər Mehdiyevin Hindistandan ölkəmizə gətirilən bütün ət məhsullarını inhisara alması hələ də davam edir.

Qeyri-ərzaq və bəzi ərzaq növlərinin idxalı üzrə monopoliya aradan götürülsə, əsas ərzaq növləri üzrə monopoliya qalmaqdadır.

Bu barədə monopoliyadan əziyyət çəkən iş adamlarından biri məlumat verib.

Mənbənin məlumatına görə, hazırda bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı – bacanağı Gündüz adlı şəxs məşğul olur.

“Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz.

Onu da bildirək ki, hər ay ölkəyə Hindistandan 1000 tona yaxın ət idxal edilir. Bu, ildə 12 min ton ət deməkdir. Hər kiloqramdan 2,1 manat gəlir götürülürsə, bu, ildə milyonlarla manat gəlir deməkdir.

Mənbənin bildirdiyinə görə, gömrükdə idxalın xeyli dərəcədə liberallaşmasına rəğmən, S.Mehdiyevin binezsi hələ də himayə olunmaqda davam edir: Bu məsələ ilə bağlı Prezident Administrasiyası və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişik, cavab gözləyirik.

S.Mehdiyevin adı həm də komitə sədrliyinə namizədlər arasında ilk üçlükdə çəkilir. Aydın Əliyev ilə rəqabət apardığı deyilən nazir müavini digər rəqiblərindən şanslı sayılır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ