yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Qisasdan qorxan komitə sədri Fərhad Əliyevdən üzr istəməyə adam yollayıb

Qisasdan qorxan komitə sədri Fərhad Əliyevdən üzr istəməyə adam yollayıb
5-04-2017, 08:57 57 574 dəfə baxılıb
yüklənir...

Kərəm Həsənov çoxmilyonluq mal-mülkünü əlində saxlamaq üçün hərəkətə keçib
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov vaxtilə əlindən tutub onu karyera pilləsinin zirvəsinə qaldıran, sonradan arxa çevirdiyi, yaxasını istintaqçıların əlinə verdiyi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə barışmaq üçün təşəbbüs göstərib. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, K.Həsənov F.Əliyevlə barışmaq, onunla münasibətlərini bərpa etmək üçün müxtəlif yollar aramaqdadır.
K.Həsənovun sabiq şefinə bunca diqqət ayırmasının dəqiq səbəbi bilinmir. Ancaq belə ehtimallar var ki. K.Həsənov vəzifədən çıxarılmaq qorxusu qarşısında köhnə düşmənçiliklərdən yaxa qurtarmaq üçün F.Əliyev və onun qardaşı Rafiq Əliyevlə münaisbətlərini sahmana salmağa çalışır. Onun buna nail olub-olmayacağı başqa söhbətin mövzusudur. Məsələ ondadır ki, K.Həsənovda Əliyev qardaşları kimi Cəlilabaddandırlar. Rayonda hər kəs K.Həsənovu Fərhad Əliyevi rəqiblərinə təhvil vermiş biri kimi qəbul edir və hörmət etmirlər. Bu məqam hazırda Fərhad Əliyevə görə yüksək vəzifəyə çatmış, milyonlar qazanmış Kərəm Həsənovun boğazından keçmir, ona rahatlıq vermir. Odur ki, hazırda Amaniyada mühacir həyatı yaşayan Fərhad və Rafiq Əliyevlərlə dostlaşmaqla özünün yerlə sürünən nüfuzunu qaldırmağa, vəzifəsiz olduğu vaxtlarda alına biləcək qisasdan qurtulmağa çalışır.
K.Həsənovun var-dövləti də az deyil. O, bilir ki, gec-tez özününküləşdirdiyi var-dövlət başına bəla olacaq. Bir müddət onun əmlakı ilə bağlı yayılan siyahı isə geniş idi. Ona birbaşa və dolayısı ilə məxsus olan torpaq və qeyri-yaşayış sahələrinin tam olmayan siyahısını oxuculara təqdim edirik:
1. Xəzər rayonu Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 39 ünvanındakı rayon maliyyə şöbəsinin köhnə 2 mərtəbəli binası. Tikilialtı sahəsi 600 kv.m, torpaq sahəsi 1156 kv.m.
2.Xəzər rayonu Şüvəlan qəsəbəsi, Şimal DRES-in uşaq bağçası. Tikilialtı sahə 800 kv.m, torpaq sahəsi 3000 kv.m.
3.Suraxanı rayonu Hövsan qəsəbəsi, Yardımçı təsərrüfat. Tikilialtı sahə 1300 kv.m, torpaq sahəsi 47000 kv.m.
4.Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəniz yolu. Məmmədov Umudəli Ramazan oğlunun adına rəsmiləşdirilib .Tikilialtı sahə 220 kv.m, torpaq sahəsi 8400 kv.m.
5.Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 42 ünvandakı qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 150 kv.m, torpaq sahəsi 1300 kv.m. Binnətov Zəbullanın adına rəsmiləşdirilib.
6. Xəzər rayonu Şüvalan qəsəbəsinin cənub–şərq hissəsində Maşınqayırma Pansionatının yarımçıq tikilisi. Tikilialtı sahə 600 kv.m, torpaq sahəsi 127022 kv.m. Rəsmiləşdirilib Davudov Yusif Abdulhəmid oğlunun adına.
7.Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan qeyri –yaşayış sahəsi. Tikilialtı sahə 120 kv.m, torpaq sahəsi 9000 kv.m. Bayramova Xalidə Nuru qızının adına rəsmiləşdirilib.
8.Sabunçu rayonu Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, 3 ünvanda qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 1200 kv.m, torpaq sahəsi 23500 kv.m. Mustafayev Azad Niyazi oğlunun adına rəsmiləşdirilib.
9.Xəzər rayonu Gürqan qəsəbəsi, Dənizkənarı tikili. Tikilialtı sahə 550 kv.m, torpaq sahəsi 50000 kv.m.
10.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.İldırım küçəsi “Aqro” kooperativinin və Su doldurma məntəqəsinin yanında. Tikilialtı sahə 2000 kv.m, torpaq sahəsi 58000 kv.m.
11. Xəzər rayonu Buzovna yolu, Mərdəkandan Buzovnaya gedəndə sol tərəfdə SMD-26-nın əmlakı və torpaq sahəsi.
12. Vişnevka dəmir yolunun yanı, yardımçı təsərrüfat, idman sağlamlıq mərkəzi.
13.Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 a keçmiş Keyfiyyət Evi. Tikilialtı 960 kv.m, torpaq sahəsi 3000 kv.m. İsmayılov Ramazan İslam oğlunun adına rəsmiləşdirilib.
14. Xəzər rayonu Şüvəlan qəsəbəsi, bağlara gedən təzə yolun üstündə. Tikilialtı sahə və torpaq sahəsi 5000 kv.m. Donuzçuluq və heyvandarlıq yardımçı təsərrüfatı.
15.Xətai Mexanizasiya ASC-nin nəzarət səhm zərfi.
16.Bəhrəmtəpə Qum-Çınqıl ASC-nin nəzarət səhm zərfi.
17.Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Bakı şəhər yol polisinin keçmiş ərazisi.
18.H.Zərdabi küçəsində Ticarət Nazirliyinin keçmiş qarajının yerində çoxmərtəbəli binaya şərikliyi (Papanin körpüsünün yanı.)
19.H.Ələskərov küçəsi 6-12 ünvanında çoxmərtəbəli binaya şərikliyi.
20. Nizami rayonu 8-ci km bazarı.
21.Kənar şəxslərin adına rəsmiləşdirilən Nərimanov və Səbail rayonundakı villa və mənzillər. H.Hacıyev küçəsindəki 2 mənzili, Qubada, Şamaxıda, Qəbələdəki villaları, Bigəhdəki bağ evi və s.

Medianews


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sahəsi, rayonu, torpaq, Tikilialtı, qəsəbəsi, Xəzər, adına, küçəsi, rəsmiləşdirilib, Həsənov, Fərhad, qeyri, oğlunun, Həsənovun, keçmiş, Əliyevlə, Sabunçu, yaşayış, Kərəm, Şüvəlan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ