XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Fərhad Əliyev Kərəm Həsənovun qohumunu işdən çıxardı

Fərhad Əliyev Kərəm Həsənovun qohumunu işdən çıxardı

Fərhad Əliyev Kərəm Həsənovun qohumunu işdən çıxardı
23-09-2020, 15:36

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunu işdən çıxarıb.

Unikal.org-a istinadla xəbər veririk ki, F.Əliyev yağ zavodunun direktoru Elşad Abasovu tutduğu vəzifədən azad edib.

Qeyd edək ki, E.Abasov F.Əliyev İqtisadi İnkişaf naziri olarkən onun köməkçisi olub. Nazirlə birlikdə o da həbs olunmuşdu. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bibisi qızının həyat yoldaşıdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.