XalqXəbər.Az

Səhiyyə naziri Avropaya müalicəyə gedib? – Şirəliyevlə şəkil çəkdirdi və… (FOTO)

yüklənir...
Səhiyyə naziri Avropaya müalicəyə gedib? – Şirəliyevlə şəkil çəkdirdi və… (FOTO)
22-05-2019, 00:30
yüklənir...

Bloger Mehman Hüseynovun Cenevrə aeroportunda səhiyyə naziri Oqtay Şirəliyevlə çəkdirdiyi foto sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

“AzPolitika.info”nun məlumatına görə, M.Hüseynov fotoyla birlikdə paylaşdığı lağlağı statusunda “Azərbaycan səhiyyəsini böyrüstə qoyan nazirin” Avropaya müəlicəyə almağa gəldiyini yazıb. “Təklif elədim ki, gəl birləşək, burda Avropanı çökdürək. Amma əvvəlcə qayıdaq ölkəyə, xalqa bir izah elə görüm səhiyyə niyə belə biabırçı gündədir? Niyə xəstəxanalarda hər addımbaşı pul istəyirlər? Bu puldan sizə çatırmı? Xalq bu sualların cavabını axtarır! Bax, özünüz də gəlibsiz Avropaya mualicə almağa? Niyə ölkəmizdə mualicə almırsız?…”

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Virtualaz.org-un əməkdaşı ilə söhbətində qeyd edib ki, səhiyyə nazirinin Avropaya müalicəyə getdiyi barədə məlumat həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının iclasına yollanıb.

“Nazir blogeri üzdən tanımır. Ona bir gənc yaxınlaşıb, özünü azərbaycanlı kimi təqdim edib və birlikdə şəkil çəkdirmək istədiyini deyib. Təbii ki, nazir gənc həmvətəninin xahişinə rədd cavabı verməyib”, – Pərviz Abubəkirov deyib.
Səhiyyə naziri Avropaya müalicəyə gedib? – Şirəliyevlə şəkil çəkdirdi və… (FOTO)
Səhiyyə naziri Avropaya müalicəyə gedib? – Şirəliyevlə şəkil çəkdirdi və… (FOTO)скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.