XalqXəbər.Az

Bakıda bölmə rəisinin müavini ölkəni tərk edərkən saxlanıldı - SEVGİLİSİ AXTARILIR

yüklənir...
Bakıda bölmə rəisinin müavini ölkəni tərk edərkən saxlanıldı - SEVGİLİSİ AXTARILIR
11-02-2019, 17:03
yüklənir...

Bakıda vəzifəli polis zabiti ölkədən qaçarkən saxlanılıb.

Criminal.az-a istinadən xəbər veririk ki, Sabunçu rayon Polis İdarəsinin rəis müavini, polis mayoru Mehman Əsədov hava limanında yaxalanıb. Onunla yaxın münasibətdə olan Aygün adlı qadın isə axtarışa verilib.

İlkin məlumata görə, Aygün adlı şəxs xeyli vətəndaşa pensiya düzəltmək adı ilə pullarını mənimsəyib. M.Əsədovun da həmin işlə bağlılığı olduğu üzə çıxıb.

13-cü polis bölməsindən bildirildi ki, M.Əsədov bir müddət əvvəl müavin vəzifəsindən uzaqlaşdırılıb. Ölkədən getməsi üçün viza hazırlayırmış.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə açıqlamasında onda M.Əsədovun həbs barədə məlumatsız olduğunu bildirdi.

M.Əsədovun özü ilə də əlaqə saxlamaq mümkün olmadı. Onun bütün mobil nömrələri bağlı olub.

Criminal.az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.