SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanda ödənişli hərbi xidmət gözlənilirmi?

Azərbaycanda ödənişli hərbi xidmət gözlənilirmi?

Tarix:

21-01-2019, 14:15

/ 1 164 dəfə oxundu.
Azərbaycanda ödənişli hərbi xidmət gözlənilirmi?

Bir müddət əvvəl Türkiyədə orduda xidmət üçün nəzərdə tutulmuş bədəlli əsgərlik, yəni müəyyən məbləğdə pul qarşılığında hərbi xidmətdən azad olunmaq haqqında qanun qəbul edilmişdi.

Baku TV-yə istinadən xəbər veririk ki, Türkiyə bu qanunu həddən çox hərbçinin büdcəyə təsirini və bəzi vətəndaşların müxtəlif səbəblərdən hərbi xidmət çəkmək istəməməsi səbəbindən qəbul etmişdi.

Türkiyəyə qardaş ölkə olan Azərbaycanda isə indiki şəraitdə bədəlli əsgərlik keçmək heç də real görünmür.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas mövzu ilə bağlı açıqlama verib.

Deputat qeyd edib ki, Azərbaycanda bədəlli əsgərlik mümkün deyil, hər bir şəxs nəzərdə tutulmuş qaydada və vaxtda hərbi xidmət keçməlidir.

Aqil Abbas bədəlli əsgərlik haqqında qanunun Türkiyənin ən böyük səhvi olduğunu da bildirib.

Şərhlər

XƏBƏR LENTİ