SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Evə girib pul və qızıl tələb edənlər saxlanıldı

Evə girib pul və qızıl tələb edənlər saxlanıldı

Tarix:

2-11-2018, 16:17

/ 1 448 dəfə oxundu.
Evə girib pul və qızıl tələb edənlər saxlanıldı

Tovuz rayon sakini olan bir qadının evinə qanunsuz daxil olaraq quldurluq yolu ilə pul və qızıl tələb edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun xalqxeber.az-a verdiyi məlumata görə, Tovuz rayonunun Hacallı kənd sakini olan Zərniyar Səmədova polisə müraciət edərək yaşadığı evə qanunsuz daxil olan 2 nəfər maska geyinmiş şəxsin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini bildirib.

Qadının müqavimət göstərdiyini görən həmin şəxslər qaçaraq oradan uzaqlaşıblar. Quldurluq əməlini törədən həmin şəxslərin rayonun Mülkülü kənd sakini 24 yaşlı Azad Ələkbərov və onun tanışı Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 26 yaşlı Vüqar Qurbanov olduğu müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və törətdikləri əməli etiraf etməklə yanaşı cinayətin törədilməsində istifadə olunan 1 ədəd maskanı təqdim ediblər. Faktla bağlı araşdırma aparılır.
Evə girib pul və qızıl tələb edənlər saxlanıldı
Evə girib pul və qızıl tələb edənlər saxlanıldı
Evə girib pul və qızıl tələb edənlər saxlanıldı

Şərhlər

XƏBƏR LENTİ