Tovuzda oğurluq edən şəxslər saxlanılıb
Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayonun Dönük-Qırıqlı kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 25000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, rayonun Ağacqala kənd sakini Aslan Quliyev və zərərçəkinin yetkinlik yaşına çatmayan qohumu saxlanılıb.
Araşdırma zamanı məlub olub ki, saxlanılan şəxslər əvvəlcədən planlaşdıraraq oğurluq cinayətini törətmiş, daha sonra oğurladıqları qızıl-zinət əşyalarını Tovuz, Gədəbəy, Şəmkir, Gəncə və Bakı şəhərlərində müəyyən məbləğə sataraq aralarında bölüşdürüb. Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...