yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Müşfiqin heykəlinin yanındakı mağazası dağıdılan vətəndaşdan prezidentə müraciət - VİDEO

Müşfiqin heykəlinin yanındakı mağazası dağıdılan vətəndaşdan prezidentə müraciət - VİDEO
2-03-2017, 16:47 732 dəfə baxılıb

Elektron poçtumuza Bakı şəhəri, F.İbrahimbəyov küçəsi 2 ünvanında yerləşən mağazanın sahibi Əliyev Mübariz Tahir oğlu tərəfindən məktub daxil olub. Mikayıl Müşfiqin heykəlinin söküldüyü gün göstərilən ünvanda yerləşən mağazasının da qanunsuz olaraq dağıdıldığını idda edən M.Əliyev bu özbaşınıqla bağlı prezidentə müraciət edib.

Məktubu olduğu kimi təqdim edirik:

"Hörmətli Baş redaktor!

Sizin oxucunuz kimi saytda gedən yazıları daim izləyirəm. Son günlər xalqımızın dühası olan Mikayıl Müşfiqin heykəlinin dağıdılması bütün saytlar kimi Sizin saytda da geniş işıqlandırıldı. Bildirirəm ki, bu hal özbaşınalıq edən bəzi məmurları əməlli-başlı silkələdi. Mənim də başıma məhz, M.Müşfiqin heykəlini dağıdanlar eyni oyunu açıblar. Belə ki, M.Müşfiqin heykəlinin yaxınlığında bacımın adına rəsmiləşdirdiyim, əslində isə mənə məxsus 43,2 kv.m sahəsi olan F.İbrahimbəyov küçəsi 2 ünvanında yerləşən 9840 saylı mağazamı heç bir məlumat vermədən M.Müşfiqin heykəli dağıdılan gün darmadağın ediblər. Mağazada olan əmlak vəhşicəsinə məhv edilib.

Mən həmin günlərdə Azərbaycanda olmamışam. Söküntü gedən gün gəlib gördüm ki, mağazamı mənə tanış olmayan şəxslər dağıdırlar. Nə edirsiniz - deyə sual verəndə bildirdilər ki, Yasamal rayon İcra hakimiyyətinə get. Mən telefonuma bəzi görüntüləri çəkə bilmişəm. Bu insanlığa qarşı əsil vandallıqdır. Eyni zamanda Azərbaycan Konstitusiyasına və digər mövcud qanunlara meydan sulamaqdır.

Qanunda göstərilir ki, vətəndaşın şəxsi mülkiyyəti toxunulmazdır. Əgər dövlət əhəmiyyəti üçün əmlak vətəndaşdan alınmalıdırsa, ədalətli kompensasiya ödənilməli və sonra onun əmlakı dağıdılmalıdır. Mən Sizin saytınız vasitəsilə Ölkə rəhbərliyinə bu azğınlığı çatdırmaq istəyirəm. Möhtərəm prezident İlham Əliyevdən saytınız vasitəsilə kömək istəyirəm"

Əliyev Mübariz Tahir oğlu.
Telefon: 070 674 75 88"

M.Əliyevin göndərdiyi videonu da təqdim edirik:

Moderator


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-11-2018


13-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ