yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Mətbuatdan vəzifəyə gedən məmurlar - İcra başçısı, deputat, direktor...

Mətbuatdan vəzifəyə gedən məmurlar - İcra başçısı, deputat, direktor...
19-07-2018, 18:13 312 dəfə baxılıb

22 iyul – Azərbaycanda milli mətbuat günü kimi qeyd olunur.

AZXEBER.COM milli mətbuat günü ərəfəsində vaxtilə jurnalist kimi çalışmış, hazırda isə yüksək vəzifə daşıyan məmurlarla bağlı araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki:

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev əmək fəaliyyətinə jurnalist kimi başlayıb. 1992-1993-cü illərdə "Naxçıvan" qəzetində müxbir kimi fəaliyyət göstərmiş icra başçısı sonradan ictimai fəaliyyətlə məşğul olub və "Əlincə" Cəmiyyətində şöbə müdiri olub.

Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun da ilk fəaliyyət sahəsi jurnalistika ilə bağlı olub. Nə az, nə çox, 8 il jurnalist işləmiş R.Hüseynov "Kommunizm yolu" qəzetində korrektordan şöbə müdiri vəzifəsinə qədər yüksəlib.

Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Rasim Quliyev uzun müddət "Səs” qəzetində çalışıb. Bu qəzetdə məsul katib, şöbə müdiri, Baş redaKtor müavini işləyib.

Azərbaycan Dövlət Nəşriyyatının direktoru Ağabəy Əsgərov son vəzifə təyinatına qədər uzun müddət jurnalist, baş redaktor kimi fəaliyyət göstərib. İqtidaryönlü "Səs” qəzetinin Baş redaktoru olub.

Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvü Elmira Axudnova uzun müddət jurnalist kimi çalışıb. Rusiyada nəşr olunan nüfuzlu "Literaturnaya” qəzetinin müxbiri və "Azadlıq" radiosunun Azərbaycan üzrə müxbiri, ardınca "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva əmək fəaliyyətinə jurnalist kimi başlayıb. ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.

Xatırladaq ki, hazırda Milli Məclisdə digər jurnalistlər də təmsil olunur ki, onların arasında Əflatun Amaşovu, Aqil Abbası, Bəxtiyar Sadıqovu, Hikmət Babaoğlunu misal göstərmək olar.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-08-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ