XalqXəbər.Az

Bu rayonların da başçıları dəyişəcək... - Himayəsiz qalıblar

yüklənir...
Bu rayonların da başçıları dəyişəcək... - Himayəsiz qalıblar
6-06-2018, 16:57
yüklənir...

Bu gün məlum olduğu kimi, prezident İlham Əliyev Binəqədiyə yeni icra başçısı təyin etməklə yanaşı, Ağdam rayon İH başçısını da vəzifəsindən azad edib. Xatırladaq ki, elə dünən məlumat verərək bildirmişdik ki, Gəncənin, xaçmazın və Bakının Nizami rayonunun icra başçıları da görəvlərindən azad olunacaq. Bu barədə DİA.AZ-a yeni bilgilər daxil olub.

Məlumatlı mənbə iddia edir ki, daha 3 rayonun icra başçısı ilə bağlı da qərzr verilib. Mənbənin dia.az-a söylədikləri:

"Hazırda Ağsunun, Qazaxın və Bakının Qaradağ rayonunun icra başçılarının dəyişdirilməsi müzakirə olunur".

Qeyd edək ki, Ağsuya keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun yaxın qohumu Ənvər Seyidəliyev rəhbərlik edir. Qazaxa isə keçmiş Vergilər Naziri Fazil Məmmədovun adamı, sabiq VN əməkdaşı Rəcəb Babaşov. Bir sözlə, hər iki icra başçısının himayədarı artıq görəvdən alındığından onların müdafiələri də yetərincə zəifləyib. Qaradağa gəlincə isə, FHN şefi Kəmaləddin Heydərovun kurasiyasında olan Süleyman Mikayılov əslində Heydərov tərəfindən çoxdan "qurbanlığa atılmış" fiqurdur.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Fikirləri olanların da mövqelərini işıqlandırmağa hazırıq.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.