SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputatın kafesində Azərbaycan vətəndaşları belə aşağılanır - Hadı müəllim buna nə deyəcək?

Deputatın kafesində Azərbaycan vətəndaşları belə aşağılanır - Hadı müəllim buna nə deyəcək?

Tarix:

30-04-2018, 09:11

/ 2 024 dəfə oxundu.
Deputatın kafesində Azərbaycan vətəndaşları belə aşağılanır - Hadı müəllim buna nə deyəcək?

Milli Məclisin deputatına məxsus restoranda irqi ayrı-seçkilik olunur.
xalqxeber.az İnterpress.az-a istinadən xəbər verir ki, paytaxtın Nigar Rəfibəyli küçəsində yerləşən "Araz Kafe"də irqi ayriseçkilik nümayişkəranə şəkildə müşahidə olunur. "Fəvvarələr Meydanı"ında yerləşən kafedə müştərilər arasında Azərbaycan vətəndaşlarından daha çox əcnəbilərə üstünlük verilir. Bu da əcnəbi müştərilərin kafeyə daha çox xeyir verməsi kimi qiymətləndirilir.
Məlumatda deyilir ki, kafe rəhbərliyi tərəfindən əcnəbilərə menyunun baha qiymətə satılmasını rahat şəkildə həyata keçirmək üçün onlara xüsusi xidmət göstərilməsi tapşırılıb. Eyni zamanda, əcnəbi qonaqların xoş qarşılanması və eyni şəkildə yola salınması xüsusilə əmr olunub. Amma Azərbaycan vətəndaşlarına bu münasibətin göstərilməməsi tapşırılıb. Məlumata görə, kafe rəhbərliyi Azərbaycan vətəndaşlarının "Araz Kafe"yə getməsindən narahatdır.
Kafeyə daxil olduqda qonaqları qarşılayan kafe xidmətçiləri müştərinin əcnəbi olmadığı halda, sifarişləri qəbul etmir. Eyni zamanda, kafedə əcnəbilər üçün ayrılmış xüsusi kabinetlərdən Azərbaycan vətəndaşlarının istifadəsi qadağan olunub.
Kafe rəhbərliyinin xüsusi göstərişi ilə Azərbaycan vətəndaşlarının kafedə xidmətin zəif göstərildiyi masalarda əyləşmələri sifariş olunub.

Bu da sözügedən kafenin azərbaycanlı müştəriləri arasında birmənalı qarşılanmayıb.

Eyni zamanda, müştərilər kafenin menyusuna daxil olan bütün təamların layiq olmadığı halda baha qiymətə satılmasından şikayətlənirlər. Belə ki, ərzaq mağazalarında 1 AZN-ə satılan "Alpen gold" şokoladları "Araz kafe"də bundan 4 dəfə baha qiymətə müştərilərə satılır.
Qeyd edək ki, "Araz Kafe"nin sahibi Milli Məclisin deputatı Hadi Rəcəblidir.
Deputatın kafesində Azərbaycan vətəndaşları belə aşağılanır - Hadı müəllim buna nə deyəcək?
Deputatın kafesində Azərbaycan vətəndaşları belə aşağılanır - Hadı müəllim buna nə deyəcək?

Şərhlər

XƏBƏR LENTİ