yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Akif Süleymanova qarşı sərt ittiham - İDDİA

Akif Süleymanova qarşı sərt ittiham - İDDİA
14-11-2017, 16:23 24 000 dəfə baxılıb

Azərbaycan Texnologiya Universitetinin kompüter üzrə mütəxəssisi Azər Allahverdiyev dünən «Təzadlar»a şikayət ərizəsi təqdim edib… A.Allahverdiyevi şikayətə sövq edən adı çəkilən universitetdəki özbaşınalıq və qanunsuzluqdur. Onun təhsil naziri Mikayıl Cabbarova ünvanlı şikayətini ətraflı dinlədikdən sonra təqdim etdiyi sənədlərlə tanış olduq. Aşağıda şikayət məktubunu təqdim edirik:
«Çox hörmətli cənab nazir!
Nəzərinizə çatdırıram ki, Azərbaycan Texnologiya Universitetinin əməkdaşlarının qanuni hüquqları rektor Akif Süleymanov və onun oğlu Şamil Süleymanovun «AZİNKA» şirkətinin vasitəsilə təyin etdiyi Texnologiya Universitetinin prorektorları- Vüqar İsmayılov, Səbuhi Yusifov, Piri Axundov başda olmaqla, bir qrup şəxslər tərəfindən pozulmaqdadır («AZİNKA» şirkətinin ünvanı: “AZİNKA” (AZ1052, Bakı ş, Əhməd Rəcəbli-186, «Black Pearl Plaza» biznes mərkəzi, 3 cü mərtəbə).
Akif Süleymanovun zəifliyi nəticəsində Texnologiya Universitetində baş verən qanunsuzluqlar, Maliyyə Nazirliyinin yoxlaması nəticəsində üzə çıxmış, aşkar olunmuş qanun pozuntusunun nəticəsi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və sonradan ağır cinayətlər məhkəməsinə aparıb çıxarmışdır. Məhkəmə neçə ildir ki, davam edir və bu işlə bağlı yüzlərlə şahid məhkəməyə dəvət olunmuşdur. Biz inanırıq ki, Azərbaycan Respublikasının qanunvericiliyi Akif Süleymanov və onun oğlu Şamil Süleymanovun təyin etdiyi dostlarının özbaşınalığından üstündür.
Prorektor Vüqar İsmayılovun əlində alətə çevrilmiş rektor Akif Süleymanovun qanunsuz əməllərinə aid bir neçə faktı Sizin nəzərinizə çatdırıq. Bu faktların müvafiq qurumlar tərəfindən yoxlanmasını, bu özbaşınalığa son qoyulmasını, haqsızlıqla üzləşmiş əməkdaşların öz qanuni haqlarının bərpa olunmasınıda xahiş edirik:
1.Texnologiya Universitetində maaş bölgüsü qeyri qanuni və gizli aparılır. Hər ay maaş yazılanda maaşlarda qeyri-qanuni tutulmalar olunur. Kollektivin əsas hissəsinin əmək haqqı 120 - 250 manat olduğu halda, Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovun «AZİNKA» şirkətinin vasitəsilə təyin etdiyi Prorektorların, Dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin əmək haqları 1000-1500 -5000 manat və daha yüksək yazılır.
Təhsil Nazirliyinə, şəhər İcra Hakimiyyətinə yalan, şişirdilmiş hesabatlar verilir.
Büdcədən “AZİNKA” şirkətinin vasitəsi ilə əsasız ödənişlər və sifarişlər aparılır.
2. Müxtəlif bayramlarda, məsələn, Qurban bayramında özlərinə yaxın olan əməkdaşlara 500 - 550 manat mükafat yazılır, sonradan yazılan pul mükafatı əməkdaşlardan toplanaraq “AZİNKA”nın hesabına köçürülərək mənimsənilir. Bu şirkətin vasitəsi ilə Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov Universitetə kadr axtarıb tapır və öz məqsədləri üçün istifadə edir.

««AZİNKA» əməkdaşlarının böyük əksəriyyəti bağlanmış “Zaman” qəzetindən gələnlərdir və bu qəzetinin qardaş Türk xalqına ağır zərbələr vurmuş Fətulla Gülən ilə bağlılığı hamıya məlumdur…»

3.Texnologiya Universitetində məqsədlərinə uyğun olmayan professor, dosent, şöbə müdirini, texniki işciləri qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırırlar. İşdən uzaqlaşdırılan bir neçə şəxsi sübut üçün ad və soyadlarını yazıya əlavə edirik: professor Cahangir Hacıyev, dosent Həsən Musayev, dəftərxana müdiri Gülnara Alışova, mən-kompüter mütəxəssisi Azər Allahverdiyev və digərləri. Onu da qeyd edək ki, «AZİNKA» əməkdaşlarının böyük əksəriyyəti bağlanmış “Zaman” qəzetindən gələnlərdir. «Zaman» qəzetinin qardaş Türk xalqına ağır zərbələr vurmuş Fətulla Gülən ilə bağlılığı hamıya məlumdur.
4.Azərbaycan Texnologiya Universitetinin tələbələri və onların valideyinləri aldadılaraq, buraxılış işi və dövlət imtahanı üçün 300 manat «Kapital bank»ın Universitet hesabına ödənilmişdir. Azərbaycan Texnologiya Universitetində hər il 500-ə yaxın tələbə-məzun olur. Tələbələrdən hər birindən 300 manat aldadılaraq, rəhbərlik öz məqsədləri üçün tələbələrə məcbur edilərək banka ödətdirilir. Hesablama nəticəsində Texnologiya Universitetinin rektoru Akif Süleymanovun 150.000 (Yüz əlli min) manat əyri yolla pul əldə etməsi açıq-aşkar görünür. Ödəniş qəbzlərinin bir neçəsinin surətini sübut üçün yayımlayırıq. Diqqətlə QƏBZLƏRƏ baxın, «Kapital Bank»a ödənilən pul "DAVAMLI İNKİŞAF MƏRKƏZİNİN" hesabına köçürülür. Davamlı İnkişaf Mərkəzinə köçürülən pul, «Kapital Bank»ından sonradan çəkilərək rektor Akif Süleymanov tərəfindən mənimsənilir.
Davamlı İnkişaf mərkəzinin rəhbəri Fədai Əfəndi deyilənə görə Malaziyada oxuyub, amma Texnologiya Universitetinə ali təhsil haqqında diplomunu təqdim etməyib. Hal-hazırda ali təhsili olmadan Texnologiya Universitetində "Universitetə aidiyyəti olmayan" şöbənin rəhbəri işləyir.
5.Son bir il ərzində universitetdə qanunsuzluğa göz yummayan, qanunvericiliyə uyğun işləməyi tələb edən əməkdaşlar struktur dəyişikliyi adı ilə işdən azad olunublar və bu proses indii də davam edir. 2017 - ci ilin may ayında iki dekanlıq bu ad altında ləğv edilmiş, yeni fakültə yaradılaraq qanunsuz olaraq təkrar dekan seçkiləri keçirilmişdir. Bu “struktur dəyişiklikləri”nin universitetdə tətbiqi davam edir və bununla bir çox arzuolunmaz adamlar işdən kənarlaşdırılır.
Məqsəd rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovun, yaxın dostları-prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov və Piri Axundovun “şəffaflıq” adı altında qanunsuz fəaliyyətləri üçün özlərinə şərait yaratmaqdır.

Əsasız olaraq universitetdə yeni şöbələr yaradılır. “Qiyabi və distant təhsil mərkəzi”, “Davamlı İnkişaf mərkəzi” və s.
Qiyabi və distant təhsil mərkəzinin rəhbəri Həsənov Babək Mikayıl oğlu rektor Akif Süleymanovun yaxın qohumudur və hətta ailə üzvlərinin bir neçəsi, Universitetdə müəllim kimi işləyir.
Texnologiya Universitetində əyani təhsil alan Asiman İlyasov “İnsan Kapitalının idarə edilməsi mərkəzinin şöbə müdiri” işləyir.
Bundan başqa, digər şöbələrin rəhbərlərini göstərmək olar ki, əyani oxuyan, diplomu olmayan, hər birinin elmi adı və dərəcəsi olmasa da, əmək haqları universitet professorunun əmək haqqından yüksəkdir.
6.Texnologiya Universitetinin «İnsan Kapitalının idarə edilməsi mərkəzi»nin direktoru Əliyev Zaur Camaləddin oğlu 3000 (üç min) manat maaş alır. Bu necə olur?
7.Təhsil Nazirliyinin adından istifadə edərək, dosent və professor adı olmayan adamlar Universitetə rəhbərlik edir, lakin hər yerdə özlərini dosent və professor kimi təqdim edirlər. Hətta iş o yerə gəlib ki, elmi dərəcəsi belə olmayan Piri Axundov təlim-tərbiyyə işləri üzrə prorektor vəzifəsini icra edir. Piri Axundovun qaynı Texnologiya Universitetinin Baş Hüquqşünası Bahadur Məmmədəliyev və Piri Axundovun ailə üzvü olan digər bir şəxs «İqtisadiyyət və İdarə etmə» fakültəsinin Elmi İşlər üzrə dekan müavini vəzifəsində işləyir.
8. Hər il “Tanıtım” adı ilə kifayət qədər pul vəsaiti xərclənsə də, Universitetdə tələbə sayı ildən ilə azalır, lakin Təhsil Nazirliyinə, Gəncə Şəhər İcra Hakimiyyətinə bu barədə düzgün hesabat vermək əvəzinə, yalançı və şişirtmə rəqəmlərlə hesabat verilir.
9. Azərbaycan Texnologiya Universitetində Prezident seçkiləri qabağı əməkdaşlar qərəzli olaraq kütləvi şəkildə narazı salınır. Ölkə üzrə yeni iş yerlərinin yaradılması istiqamətində iş aparıldığı halda, burada çox saylı ixtisarlar aparılır. Texnologiya Universitetinin Rektoru Akif Süleymanov 13.09.2017 ci il tarixli, 196 nömrəli əmri ilə, 29 noyabr 2017 ci il tarixində kütləvi olaraq Universitetin əməkdaşlarının müqaviləsinə xitam veriləcəyi barəsində xəbərdarlıq etmişdir.
Xəbərdarlıq olunan şöbələrin adları:
1.Universitetin Təsərrüfat şöbəsinin 81 fəhləsinə və 10 mühəndisinə.
2.Kitabxananın 27 işcisinə.
3.Universitetin mühafizəsinin 13 işcisinə.
4.İdman mərkəzinin 8 müəlliminə.
5.Hərbi uçot şöbəsinin 4 işcisinə.
6.İnformasiya şöbəsinin 4 işcisinə.
Ümumilikdə 150 nəfər əməkdaşına struktur dəyişikliyi adı altında 29 noyabr 2017 ci il tarixində müqaviləyə xitam veriləcəyi barəsində xəbərdarlıq edilmişdir. Bu əməkdaşların hər biri Yeni Azərbaycan Partiyasının stajlı üzvləridir. Halbu ki, prorektor Vüqar İsmayılov və onun ətrafı isə, Gəncə Şəhər İcra Hakimiyyətinin maraqlanmasından sonra, müəmmalı şəkildə YAP sıralarına daxil olmaq haqqında Göyçay rayon təşkilatına ərizə ilə müraciət etmişlər.
10.Universitetdə aparılan ixtisarlara baxmayaraq, prorektor Vüqar İsmayılov rektorun zəifliyindən, Akif Süleymanovun oğlu Şamil Süleymanov ilə işbirliyindən istifadə edərək, öz ətrafının bütün ailə üzvlərini universitetə işə qəbul etdirib, onlara Universitet daxili vəzifə verdiribdir.
10 oktyabr 2017 ci il tarixində Texnologiya Universitetinin 2 dosenti - Qulu Ağayev və Ramiz Həsənov, 2 məşqci müəllimi - Məhəbbət Kərimova və Afət Məmmədova struktur dəyişikliyi adı altında Universitetdən kənarlaşdırılıb. Universitetdən kənarlaşdırılan müəllmlər İdman müəllimləridir.
Ölkəmizdə İdmana, İdmançılara, məşqçi müəllimlərə diqqət bütün dünya üzrə nümunədir. Texnologiya Universitetində İdman Mərkəzinin ləğv olunması sübut olaraq o deməkdir ki, Rektor Akif Süleymanov və prorektorlar tədrisi bilmirlər. İdman mərkəzini bu il yaradılan, alınan rüşvətləri rəsmiləşdirən, Davamlı İnkişaf Mərkəzinə, 29 Noyabr 2017 ci il tarixindən 196 nömrəli əmri ilə birləşdirirlər.
11.Texnologiya Universitetinin Ümumi şöbəsinin müdiri Mətləb Oktay Oğlu Əliyev 2015-2017-ci illərdə Gəncə Şəhər Təhsil İdarəsinin Baş Mühasibi işlədiyi vaxt işində yol verdiyi nöqsanlara görə işdən azad olunub.
Ümumi Şöbənin Müdiri Mətləb Oktay Oğlu Əliyev ömründə bir dəfə dərsə girməyən şəxs, indi «Sənayenin İqtisadiyyat və İdarə edilməsi» kafedrasında müəllim kimi dərs də deyir. Bundan əlavə, Texnologiya Universitetinin Maliyyə şöbəsinə nəzarət edən sabiq baş mühasib Mətləb Oktay Oğlu Əliyev rektor Akif Süleymanovun gündəmdə olan füqurlarındandır.

Azərbaycan Texnologiya Universitetinin Rektor Akif Süleymanov tərəfindən özəlləşdirərək “MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ” kimi fəaliyyət göstərməsi nə deməkdir? Vergilər Nazirliyindən «Məhdud Məsuliyyət Cəmiyyəti» kimi qeydiyyatdan keçən Azərbaycan Texnologiya Universitetinin kodu: VÖEN-2300343181
Mən Azərbaycan Texnologiya Universitetinin Kompüter mütəxəssisi Azər Allahverdiyev 30 oktyabr 2017-ci ildə işdən əsassız olaraq kənarlaşdırılmışam. Mənə 24 oktyabr 2017-ci ildə Texnologiya Universitetinin Kompüter mütəxəssisi kimi Texnologiya Universitetinin rektoru Akif Süleymanov 253-№-li ƏMRİ ilə töhmət verilib.
25 oktyabr 2017-ci il tarixində təkrarən 254 № ƏMR ilə Texnologiya Universitetinin rektoru Akif Süleymanov yenidən mənə-Azər Allahverdiyevə şiddətli töhmət verib.
30 oktyabr 2017 - ci ildə isə 264 № Əmrlə Texnologiya Universitetinin rektoru Akif Süleymanov kompüter mütəxəssisi kimi mən Azər Allahverdiyevi işdən azad edib.
24 -25-30 oktyabrda verilən 253-254-264 nümrəli əmrlər onu göstərir ki, rektor mənim qəsdimə duraraq işdən qərəzli şəkildə uzaqlaşdırıb. 6 gün ərzində üç əmri bir şəxs haqqında vermək onu göstərir ki, məni qərəzli olaraq işdən çıxartmaq öncədən planlaşdırılıb.
Cənab nazir! Xahiş edirik qeyd olunanlarla bağlı tədbir görəsiniz.
Redaksiyadan: Texnologiya Universitetinin rəhbərliyinin məsələyə dair mövqeyini öyrənmək üçün dəfələrlə rektoru niş telefonuna zəng etsək də cavab verən olmadı. Qarşı tərəfin mövqeyini öyrənməyə çalışırıq…


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sert, DDA, qarshi, Akif, Suleymanova, ittiham
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ