yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycanda evlilik üçün ən ideal yaş – SORĞU

Azərbaycanda evlilik üçün ən ideal yaş – SORĞU
7-09-2017, 15:54 107 747 dəfə baxılıb
yüklənir...

Evlilik insan həyatının ən çətin, məsuliyyətli qərar vermə anlarından biridir. Bu qərarın verilməsində aparıcı rol oynayan amillərdən biri də qərar verən şəxsin yaşıdır. Dünyanın əksər ölkələrində evlilik yaşı anlayışı 18 kimi qəbul edilir. Yəni bu yaşda olan istənilən şəxs evlənmək barədə müvafiq dövlət qurumlarına müraciət edə bilər. Amma bu, hələ o demək deyil ki, 18 yaşlı gənc evlilik kimi məsuliyyətli yükün altına girə bilər. Bəs Bakı sakinləri kişiləri evliliyə hansı yaşda hazır görür? Kişilərin ailə qurması üçün ideal yaş neçədir?
Mövzu ilə əlaqədar "ACT Azərbaycan" sorğu keçirib.
Rəyi öyrənilmiş paytaxt sakinlərinin bu mövzuda fikirləri bir-birinə çox bənzəyir. Belə ki, xanım respondentlər kişilərin evlənməsi üçün ideal yaş olaraq 27-ni görürlər. Kişilər özləri isə bu yaşın nisbətən az – 26 olmasını istəyirlər.
Bütün yaş qruplarını əhatə edən sorğuda respondentlərin kişilərin evlilik üçün ideal yaş cavabı ortalama 27 yaşa bərabərdir.
Qadınların evlilik üçün yaşı Azərbaycan da daxil olmaqla, əksər ölkələrdə mübahisə doğurur. Belə ki, əksər müsəlman və Şərq ölkələrində qadınların nikaha erkən yaşlarda girməsi, Qərb dünyasında isə qadınların 35 yaşdan sonra ailə qurması narahatlıq yaradır.
Bakı sakinləri isə bu məsələdə ortaq dil tapa bilir. Belə ki, qadınlar zərif cinsin nümayəndələrinin 23, kişilər isə 22 yaşda ailə qurmasının tərəfdarıdır.
Bütün yaş qruplarını əhatə edən sorğuda respondentlərin qadınların evlilik üçün ideal yaş cavabı ortalama 22 yaşa bərabərdir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Azerbaycanda, en, yash, SORGU, uchun, ideal, evlilik
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ