SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu kişilərə ərə getməyin

Bu kişilərə ərə getməyin

Tarix:

19-11-2019, 13:20

/ 1 049 dəfə oxundu.
Bu kişilərə ərə getməyin

Evlilik həyatımızda verdiyimiz ən önəmli qərarlardan biridir. Sevgi bəzən insanın gözlərini bağlayır və bizi gözləyən təhlükələri görə bilmirik. Ancaq məntiqimizi duygularımızdan öndə tutaraq sevdiyimiz insanın hərəkətlərinə diqqət yetirməliyik.

Xarici mətbuata istinadən evlilik üçün uyğun olmayan kişilərin xüsusiyyətlərini sizə təqdim edirik:

Eqoist kişilər

Bu tip insanların həyatının mərkəzi elə özləridir. Sadəcə, öz duyğuları, istəkləri ön plandadır. Onun xoşuna gəlməyən bir şey etdiyiniz zaman asanlıqla sizi tərk edə bilərlər.

Evliliyin ciddiyətini anlamayan kişilər

Sevgilinizin evliliyə qarşı fikirlərini, baxışını öyrənməyə çalışın. Əgər ailə qurmaq haqda söz düşərkən mövzunu dəyişdirirsə və ya evləndikdən sonra belə həyatının bugünkü kimi davam edəcəyini düşünürsə, diqqətli olun. Yanıla bilərsiniz.

Karyeranı ailədən daha üstün tutan kişilər

Doğrudur, qadınlar güclü və bacarıqlı kişiləri arzu edirlər. Ancaq kişilərin karyera sevgisi qadına olan duyğularının önünə keçməməlidir. Əgər bir kişi işini sevgilisindən daha dəyərli görürsə, o zaman evlilik üçün yanlış seçimdir.

Əyləncəyə düşkün kişilər

Hər bir insanın əylənməyə, günlük stressdən azacıq da olsa uzaqlaşmağa haqqı var. Amma qədərində. Bir kişi daima əyləncə haqda düşünürsə, ondan yaxşı ailə başçısı olmayacaq.

Şərhlər

XƏBƏR LENTİ