SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanlıların yarısından çoxu özünü xoşbəxt sayır

Azərbaycanlıların yarısından çoxu özünü xoşbəxt sayır

Tarix:

2-08-2017, 15:53

/ 58 546 dəfə oxundu.
Azərbaycanlıların yarısından çoxu özünü xoşbəxt sayır

Gallup International dünyanın 69 ölkəsindən 68759 adamın iştirak etdiyi sorğunun nəticələrini elan edib. Sorğu iştirakçılarının hər birinə “Özünüzü xoşbəxt hiss edirsinizmi?” sualı verilib.

Sorğunun nəticələrinə görə, azərbaycanlıların 56 %-i özünü xoşbəxt sayır. Bu göstəriciyə əsasən, Azərbaycan Yaponiya, İsveç, Rusiya və ABŞ kimi ölkələri üstələyərək, Danimarka və Norveçlə eyni yeri paylaşır.

Qeyd edək ki, WIN / Gallup International bazar və sosial sorğularla məşğul olan nəhəng tədqiqat mərkəzidir.

Şərhlər

XƏBƏR LENTİ