Azərbaycanlıların yarısından çoxu özünü xoşbəxt sayır

Sorğunun nəticələrinə görə, azərbaycanlıların 56 %-i özünü xoşbəxt sayır. Bu göstəriciyə əsasən, Azərbaycan Yaponiya, İsveç, Rusiya və ABŞ kimi ölkələri üstələyərək, Danimarka və Norveçlə eyni yeri paylaşır.
Qeyd edək ki, WIN / Gallup International bazar və sosial sorğularla məşğul olan nəhəng tədqiqat mərkəzidir.