yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Füzulidə torpaqlardan səmərəli istifadə olunmasına həsr olunan müşavirə keçirildi

Füzulidə torpaqlardan səmərəli istifadə olunmasına həsr olunan müşavirə keçirildi
23-06-2017, 10:00 169 894 dəfə baxılıb
yüklənir...

Horadiz şəhərində Muğam Mərkəzində rayonda kənd təsərrüfatının inkişafı, torpaqlardan səmərəli istifadə olunmasına həsr olunan müşavirə keçirildi. Müşavirədə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə təşkilatların nümayəndələri, icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri iştirak etdilər.
Müşavirədə çıxı edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Füzuli rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinə riayət olunması, torpaqlardan səmərəli və məqsədyönlü istifadə edilməsi barədə məlumat verdi. Bildirdi ki, prezident cənab İlham Əliyevin torpaqlardan maksimum səmərəli istifadə edilməsi, məhsul bolluğu yaradılması, yerli istehsalın artırılması ilə bağlı tapşırıq və göstərişləri Füzuli rayonunda da ciddi nəzarətdə saxlanılır.
Alı Alıyev bildirib ki, rayonda hələdə bəzi torpaq icarədarları torpaqlardan təyinatına və müvafiq icarə müqaviləsinin şərtlərinə uyğun istifadə etmirlər. “Bəzi fiziki və hüquqi şəxslər torpaq qanunvericiliyinin və müvafiq icarə müqavilələrinin tələblərinə riayət etməyərək müvəqqəti icarələrinə verilmiş torpaq sahələrini ikinci, hətda üçüncü şəxslərə qanunsuz olaraq icarəyə verməklə torpaqları alver predmetinə çevirirlər. Biz bu cür hallara qarşı ciddi mübarizə aparmalıyıq.“,-deyə Alı Alıyev vurğulayıb.
Alı Alıyev torpaqlardan səmərəli və məqsədyönlüü istifadə olunması, bu sahədə mövcud olan qanunsuzluqların araşdırılması üçün hüquq-mühafizə orqanlarının rəhbərlərinə, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verib.
Alı Alıyev qeyd edib ki, ölkə başçısının torpaqlardan səmərəli və məqsədyönlü istifadə olunması ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində əvvəllər kortəbii şəkildə istifadə olunan torpaq sahələrində 4 iri taxılçılıq təsərrüfatı yaradılıb, 2700 ha sahə müxtəlif növ kənd təsərrüfatı məhsullarnın istehsalı üçün Aqroparkın istifadəsinə verilib.
“2016-2017-ci təsərrüfat ilində rayonda 36082 ha ərazidə taxıl əkini aparılıb. Hazırda taxıl sahələrində biçin davam etdirilir. İyunun sonuna kimi 36082 hektar sahədə əkilmiş arpa və buğdanın biçini başa çatdırılacaqdır. Rayonda bu il də 100 min tondan artıq məhsul istehsal olunacaqdır.”-deyən Alı Alıyev rayonun streteji məhsul olan barama istehsalı sahəsində əldə etdiyi nəticələr barədə danışıb. Qeyd edib ki, ötən il rayonda 3.3 ton yaş barama istehsal olunmuşdursa cari ildə füzulili kümçülər tərəfindən 25 tondan artıq yaş barama tədarük məntəqələrinə təhvil verilmişdir. Bildirib ki, cari ildə rayonda 2050 hektar sahədə pambıq əkilmişdir ki, bu da ötən ilkindən 1500 hektar artıqdır.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müşavirədə aidiyyəti orqanlara qaz, su, işıq və digər kommunal ödənişlərin vaxtında yığılması, bununla bağlı əhali arasında müvafiq maarifləndirmə izahat işlərinin aparılması tapşırılıb.
Füzulidə torpaqlardan səmərəli istifadə olunmasına həsr olunan müşavirə keçirildi
Füzulidə torpaqlardan səmərəli istifadə olunmasına həsr olunan müşavirə keçirildi
Füzulidə torpaqlardan səmərəli istifadə olunmasına həsr olunan müşavirə keçirildi
Füzulidə torpaqlardan səmərəli istifadə olunmasına həsr olunan müşavirə keçirildi
Füzulidə torpaqlardan səmərəli istifadə olunmasına həsr olunan müşavirə keçirildi


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: hesr, mushavire, Fuzulide, kechirildi, semereli, torpaqlardan, olunmasina, olunan, istifade
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

26-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ