yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ziya Məmmədovun qardaşından ölkə rəhbərliyinə - ŞİKAYƏT+VİDEO

Ziya Məmmədovun qardaşından ölkə rəhbərliyinə - ŞİKAYƏT+VİDEO
5-06-2017, 09:13 226 354 dəfə baxılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
surəti; Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya

Ucar rayonu Dədə Qorqud yaşayış məhəlləsi ev 7 mənzil 8 də yaşayan
şəhid anası Ələkbərova Şahnaz Abbas qızı tərəfindən


Şikayət Ərizəsi


Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!
Bu şikayət ərizəmdə yazıb sizə bildirirəm ki, Ucar Rayon İcra Hakimiyətinin sabiq icra başçıları Arzu Qafurov və Yaşar Məmmədov şəhid ruhuna hörmətsizlik edibşəhidin haqqına giriblər.Belə ki, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuş mənzilin növbəsinə 2008-ci il tarixdə dayanmışam.Həmin vaxt növbəm 54-cü sırada idim.Uzun müddət ərizələrlə müraciətlər etdikdən sonra Ucar Rayon İcra Hakimiyyətindən mənə cavab verilib ki. siz 2008-ci il tarixdə yox 2015-ci il tarixdə ev növbəsinə qeydə alınmısınız.İndi başa düşmüşəm ki, Ucarın sabiq icra başçısı hazırda Qubada icra başçısı işləyən Yaşar Məmmədov məni aldadıb ev növbəsinə qeydə aldırmayıb. Bu açıq-aşkar alçaqlıqdır ki, Ziya Məmmədovun xalası oğlu Yaşar Məmmədov edib.

Mənim oğlum Məhəmməd Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub, bir oğlum Fətəli 1-ci qrup Qarabağ müharibəsi əlilidir, iki oğlum isə Qarabağ müharibəsi iştirakçılarıdır , həyat yoldaşım Mehdi Ələkbərov isə Böyük Vətən müharibəsi iştirakçısı olub.Qardaşım Rəsulov Qadir Abbas oğlu Qarabağ müharibəsində şəhid olub.Özüm qəhrəman anayam 14 uşaq anasıyam. İndi evsizliyə görə qohumlarımın evində yaşamaq məcburiyyətində qalmışam. Çünki Ucar rayonunun Alpı kəndindəki evimiz iki otaqdan ibarətdir ki, Iki oğlum ailəsi ilə orada darısqal şəraitdə yaşayırlar, digər oğlum Polad isə kirayədə yaşayır. Mən buna görə qohumlarımın evində yaşamaq məcburiyyətində qalmışam.Bu şəhid ruhuna edilən hörmətsizlikdir.Ucar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Yaşar Məmmədov şəhid ailəsi və Qarabağ müharibəsi əlili olmayan çoxlu sayda şəxslərə həmin evlərdən mənzillər verib ki, bunun araşdırılması vacibdir.Çünki onlardan pul alıblar. Mənim isə bu korrupsionerə verməyə pulum yoxdur, halal adımız var. Bu korrupsiya cinayətidir və şəhid ruhuna hörmətsizlikdir. Bizim ailə vətənpərvər ailəsidir, buna görə fəxr edirik, qürur duyuruq.Bir dəfə keçmiş deputat Elton Məmmədov Ucarda ev orderləri paylayan zaman ondan bizim ailəyədə ev verilməsini xahiş etdim məni bezdirmisiniz deyib polis çağıtdırıb qolumu burdurub məni döydürdü. Allah da Ziya Məmmədovun özünü və yaxınlarını belə cəzalandırıdı.

Mən Prezident cənab İlham Əliyevə və Mehriban xanıma inanıram.İnanıram ki, bu şikayət ərizəmi öz şəxsi nəzarətləri ilə obyektiv araşdırıb qanunu tədbirlər görəcəklər şəhid ailəsinə mənzil verilməsinə köməklik edəcəklər.

Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!

Sizdən xahiş edirəm nümayəndənizi Ucar rayonuna göndərin gəlib yaşayışıma baxıb şikayət ərizəmdə göstərdiyim faktları yerində mənim iştirakımla araşdırıb qanunu tədbirlər görülməsinə tapşırıq verəsiniz və mənzillə təmin olunmağımıza yaxından köməklik göstərəsiniz. Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm.

Oğlum Poldaın əlaqə telefonu; (051) 347-62-53

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq. Və şikayətçinin yolladığı bideomaterialı da təqdim edirik:


Xalqxeber.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: rehberliyine, olke, ShKAYETVDEO, , qardashindan, Ziya, Memmedovun
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ