yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Nizaməddin Quliyev müəllimlərin maaşına göz dikdi - Goranboyda biabırçılıq

Nizaməddin Quliyev müəllimlərin maaşına göz dikdi - Goranboyda biabırçılıq
28-03-2017, 23:27 489 dəfə baxılıb

Goranboy rayonunda fəaliyyət göstərən məktəblərin müəllimlərindən qanunsuz yollarla pul yığılır. Bu barədə rayondakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, mart ayının 10-da icra başçısı məktəb direktorlarına TAPŞIRIQ GÖNDƏRİB.

"Tapşırıq"da bildirlir ki, müəllimlər hər dərs saatına görə 6 manat ödəməlidir. Hətta məktəblərdə xadimə və texniki işsi kimi fəaliyyət göstərənlərdən 50 manat tələbə olunur.

Goranboy rayonundakı təhsil müəssisələrində 4500 nəfərdən artıq insan çalışır. Bu qədər işçidən yığılan pulu toplasaq ortaya kifayət qədər böyük məbləğ çıxır. Bəs bu qədər pulun yığılmasına səbəb nədir? Məlumatı verən mənbə bildirir ki, rayonda bir aydan artıq müddətdə maliyyə yoxlamaları aparılıb. İcra başçısı Nizaməddin Quliyev yoxlamanı aparanları "yola salmaq" üçün müəllim və texniki işçilərin halal maaşına göz dikib. Tələb olunan pulu ödəməyənlər dərs saatlarının əllərindən alınması və işdən çıxarılmaqla hədələnib.

Məlumata görə, icra başçısı rayonda fəaliyyət göstərən bağçalara da "haqq" qoyub. Nizaməddin Quliyevin tapşırığı ilə hər baxça müdirindən 200-300 manat tələb edilir. "Baxça işləri"nə başçının müavini Mirvari Ağamalıyeva və İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nofəl Köçərlinin başçılıq etdiyi iddia olunur. Bu məbləği verməkdən imtina edən 3 bağça müdiri işdən çıxarılmaqla hədələnib.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq...

"Qaynar"


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: başçısı, qədər, fəaliyyət, manat, texniki, müdiri, hədələnib, çıxarılmaqla, rayonda, işdən, mənbə, Nizaməddin, artıq, olunur, göstərən, Goranboy, bağçalara, tələb, müdirindən, baxça
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ