SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Elşad Abdullayevdən saxta diplom alan maliyyə şefi haqda nazirə məktub

Elşad Abdullayevdən saxta diplom alan maliyyə şefi haqda nazirə məktub

Tarix:

25-12-2018, 00:33

/ 1 342 dəfə oxundu.
Elşad Abdullayevdən saxta diplom alan maliyyə şefi haqda nazirə məktub

Zərdabın maliyyə rəisi vəzifəsini icra edən müavin Sakit Məmmədov haqda nazir Samir Şərifova məlumat verilib

Rayon sakini Mirzəyev Rövşən məktub yazıb.

O, dia.az-a bildirib ki, S.Məmmədov fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin İnterpol tərəfindən axtarışa verilmişrektoru Elşad Abdullayevlə əlaəqləri olub.

R.Mirzəyev yazıb ki, müvəqqəti maliyyə rəisi ali məktəbin yolunu belə tanımadan işlədiyi idarənin əmr kitabında qiyabi qaydada təhsil alması barədə məlumat verib.

O, heç bir qeydiyyatı olmadan, qanunsuz yolla diplom əldə edib. Şikayətçinin sözlərinə görə, rəis müavini əldə etdiyi diplomla dövlətin küllü miqdarda pulunu mənimsəyib.

S.Məmmədov prokurorluğa izahatında yazır ki, 1999-cu ildə ABU-ya qiyabi qaydada daxil olub, 2002- ci ildə, 3 ilə bitirib.

Ölkəmizdə həmin dövrdə 5 illik olan qiyabi təhsili 3 ilə oxumasını Sakit kişi belə izah edir ki, “mənim birinci təhsilim texnikom olduğu üçün birbaşa ABU-nun 2-ci kursuna daxil olmuşam”.

Onun dediyi qaydada ölkəmizdə qiyabi təhsilin olmaması barədə Təhsil Nazirliyinin rəsmi sənədləri var.

Zərdab sakini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından rayon prokurorluğuna göndərilən məktubu xatırladıb.

Orada göstərilir ki, 1992-2014-cü illərdə Məmmədov Sakit İfrat oğlu qəbul imtahanlarında sənəd vermiş abituriyentlər arasında olmayıb. Bu o deməkdir ki, S.Məmmdov diplomu qanunsuz yolla, testdən kənar əldə edib.

S.Məmmədov neçə illərdir ki, bu qaydada Maliyyə İdarəsinə rəhbərlik edir. Ona havadarlıq edən Maliyyə Nazirliyində Aparat rəhbəri Namiq Süleymanovdur.

Media üzərindən araşdırmalarımıza görə, Zərdab rayonunda tikinti-təmir işlərinin aparılmasını ancaq saxta tenderlərlə qardaşı Qalib Məmmədovun MMC-si udub küllü miqdarda dövlət vəsaitini bu yolla talan edirlər.

Bu fakt araşdırılarsa, tam subut olunacaq ki, tikinti-təmir üçün ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib. Nəticədə isə tikinti-təmir işləri keyfiyyətsiz aparıldığı üçün tezliklə yararsız vəziyyətə düşür.

Sakit Məmmədovla qardaşı Qalib Məmmədova məxsus çoxlu sayda müxtəlif adda MMC-lər mövcuddur ki, saxta tender oyunlarında ancaq onların lahiyələri “keçir”.

Tərəfləri dinləməyə hazırıq...

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ