SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qubada məktəblilərlə polisin görüşü keçirilib - FOTO

Qubada məktəblilərlə polisin görüşü keçirilib - FOTO

Tarix:

1-11-2018, 16:54

/ 1 978 dəfə oxundu.
Qubada məktəblilərlə polisin görüşü keçirilib - FOTO

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində Quba rayonunda yerləşən on ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirləri ilə görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin əməkdaşları, pedaqoji heyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri açan Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov, “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik, yoxsa həyat?”, “Radikal və separatçı dini təriqətlərin fəsadları və profilaktikası”, “Erkən nikahlar, onun fəsadları və qarşısının alınması yolları” mövzularında çıxış edərək, əsrin bəlasına çevrilən narkomaniyanın yaratdığı sosial problemlərdən, insan səhətinə vurduğu zərərlərdən, dini radikalizm və erkən nikaha daxilolmalar və fəsadları haqqında danışıb. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Ali Baş komandanı İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində günü-gündən çiçəklənən ölkəmizin gələcək uğurlu inkişafı məhz sağlam və savadlı gənclərin formalaşmasından aslı olduğunu bildirən S.Neymətov, şagirdlərə pis vərdişlərdən, əsasəndə əsrin bəlası olan narkotik maddələrdən uzaq durmalarını başa salıb. Narkomaniyaya qarşı mübarizədə hər bir vətəndaşın fəal rol oynamasının zəruriliyini bildirən polis rəisi, bütün dünyada olduğu kimi, ölkəmizdə də narkomanlığa qarşı aparılan mübarizə barədə məlumat verib. O, qeyd edib ki, narkomaniyaya düçar olmuş şəxsin normal həyata qayıtması üçün hər bir şəxs əlindən gələni əsirgəməməli, əksinə həmin şəxslərə köməkliklərini göstərməlidirlər. Erkən nikahlar haqqında çıxışını davam etdirən polis rəisi, erkən nikahın ölkəmizdə qanunla qadağan olunduğunu və bu işi qanunsuz şəkildə həyata keçirənlərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib. Həmçinin erkən nikahın əksəriyyətinin gələcəkdə boşanmalarla bitdiyini bildirən S.Neymətov, gənclərə bütün diqqətlərini təhsilə yönəltmələrini və gələcəyin savadlı kadrları olmağı məsləhət bilib.

Sonra çıxış edən Quba RPŞ-nin rəis müavinləri, polis polkovnik leytenantı Bəhruz Bədəlov və polis polkovnik leytenantı Kənan Məmmədov, daxili işlər orqanları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlər barədə geniş məlumat veriblər. Dini radikalizm mövzusuna da toxunan rəis müavinləri, ölkəmizdə din pərdəsi altında fəaliyyət göstərən dini qruplaşmalara qarşı görülən sərt tədbirlərdən danışaraq, ölkədə radikal dini təriqətlər tərəfindən baş verə biləcək terror aktlarının qarşısının vaxtında alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən görülən təxirəsalınmaz tədbirlər barədə məlumat veriblər.

Daha sonra çıxış edən Quba RPŞ-nin Veteranlar Şurasının sədri, istefada olan polis mayoru Cəlaləddin Məmmədov keçirilən tədbirin mahiyyəti və zəruriliyini qeyd

edərək, milli mənəvi dəyərlərin qorunub saxlanması və inkişafının məhz sağlam gəncliyimizdən asılı olduğunu bildirib.

Tədbirin sonunda Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov ölkəmizdə narkomanlığın, erkən nigahların və zorakılığın qarşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirildiyini və bu işdə ailənin, təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Tədbir narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxla yekunlaşıb.
Qubada məktəblilərlə polisin görüşü keçirilib - FOTO
Qubada məktəblilərlə polisin görüşü keçirilib - FOTO

Şərhlər

XƏBƏR LENTİ