SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Polislər məktəblilərlə görüşə gəldi... - Siyəzəndə

Polislər məktəblilərlə görüşə gəldi... - Siyəzəndə

Tarix:

19-04-2018, 10:07

/ 1 457 dəfə oxundu.
Polislər məktəblilərlə görüşə gəldi... - Siyəzəndə

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Məşrif kənd tam orta məktəbində yuxarı sinif şagirdləri ilə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Dini qurumlarla iş üzrə zona təmsilçiləri, Təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji və yuxarı sinif şagirdləri iştirak ediblər.
RPŞ-nin rəis müavini, polis mayoru Qoşqar Kazımov çıxış edərək narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından söhbət açıb, narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər, eləcə də insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verib. O, ölkənin hər yerində narkomanlıqa mübarizənin gücləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasından və bu işdə cəmiyyətin hər bir üzvünün fəallıq göstərməsinin zəruriliyindən danışıb.
RPŞ-nin əməkdaşları polis baş leytenantı Fərahim Qasımov dini radikalizm haqda danışaraq, ölkəmizdə dini azadlığın, tolerantlığın mövcud olduğunu qeyd edib. Lakin heç bir şəxs bu azadlıqdan istifadə edərək din pərdəsi altında fəaliyyət göstərən qruplaşmalar yaratmamalı və onların təsiri altında fəaliyyət göstərməməlidir. Daha sonra erkən nigahlar mövzusuna toxunan polis zabiti erkən nigahın doğurduğu mənfi cəhətləri və gənc ailələrdə yaratdığı problemlərdən söz açıb.
Siyəzən RPŞ-nin DYPB əməkdaşı polis kapitanı Dilşən Məmmədov məktəblilərə yaşadıqları kəndin səfalı yerdə olduğundan buraya gələn turistlərin çox olduğunu və öz sağlamlıqları üçün yollarda hərəkət edərkən diqqətli olmalarını, qaranlıq vaxtlarda yol keçərkən əvvəlcədən yola diqqət yetirməli, daha sonra hərəkət etmələrinin zəruriliyini bildirib.
RİH-nin numayəndəsi Balabəy Balabəyov RPŞ-nin təşkilatçılığı ilə keçirilən belə tədbirlərin əhəmiyyətini qeyd edərək, milli mənəvi dəyərlərin qorunub saxlanması və inkişafının məhz sağlam gəncliyimizdən asılı olduğunu bildirib.

Tədbirin sonunda hüquq-mühafizə orqanlarının əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Polislər məktəblilərlə görüşə gəldi... - Siyəzəndə
Polislər məktəblilərlə görüşə gəldi... - Siyəzəndə
Polislər məktəblilərlə görüşə gəldi... - Siyəzəndə

Şərhlər

XƏBƏR LENTİ