SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Heyvanları oğurlanan qaçqın nazirə yazdı: “Polis bölməsi sanki Bin Ladeni axtarır...”

Heyvanları oğurlanan qaçqın nazirə yazdı: “Polis bölməsi sanki Bin Ladeni axtarır...”

Tarix:

26-09-2018, 18:01

/ 1 764 dəfə oxundu.
Heyvanları oğurlanan qaçqın nazirə yazdı: “Polis bölməsi sanki Bin Ladeni axtarır...”

“Mən min bir əziyyətlə ailəmi saxlayan, arzularımı istədiyim kimi həyata keçirə bilməyən məcburi köçkünəm. Bu günə kimi övladlarımı heyvandarlıqla məşğul olmaqla dolandırmışam, kiməsə möhtac olmamışam. Ancaq başıma gələn hadisə məni elə vəziyyətə gətirib çıxarıb ki, tam müflis haldayam, nə edəcəyimi də bilmirəm”.

Bu sözləri Cahan.info xəbər agentliyi vasitəsi ilə Daxili İşlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova müraciətində Bakının Alatava II yaşayış massivində məskunlaşmış Laçının Minkənd sakini, məcburi köçkün Nazim Dünyamalıyev bildirib.O, maldarlıqla ailəsinə çörək qazanır və sonuncu Qurban bayramı ərəfəsində heyvanlarının oğurlanması onu 6400 manat ziyana salıb.

N.Düynamalıyevin sözlərinə görə, heyvanları Qurban bayramı ərəfəsində satmağa və evinə çörək pulu aparmağa ümidli imiş. Lakin bayrama az vaxt qalmış, onun qurbanlıqları Binəqədi Rayon Polis Şöbəsinin 40-cı Polis Bölməsinin yaxınlığındakı ərazidən oğurlanıb.

Məcburi köçkün faktla bağlı PB-nə ərizə ilə müraciət edərək oğruların tapılmasını gözləyib. Amma bu günə kimi nə ona dəyən 6400 manat ziyan ödənilir, nə orular tapılır. Şikayətçi oğlunun cəbhə bölgəsində xidmət etdiyini, həyat yoldaşının xəstə olduğunu qeyd edərək gözünü həmin pula dikdiyini bildirib.

N.Dünyamalıyev DİN rəhbəri R.Usubova müraciətində Binəqədi Rayon Polis Şöbəsinin 40-cı Polis Bölməsinin onu get-gələ salmasından şikayətlənib:

“Mənə heç bir köməlik göstərilmir. Şəhərin ortasından, polis bölməsinə yaxın yerdən heyvanlar aparılıb, həmin şəxs və ya şəxslər tapılmır.

Mən kasıb adamam, yoldaşım xəstə, uşaq cəbhə xəttində, dolanışıq çox ağır...Məni başa düşmək lazımdır. Necə olur ki, indiyə qədər bu oğrular tapılmır? Sanki Bin Ladeni axtarırlar. Ona görə də cənab nazir Ramil Usubovdan, cənab prokuror Zakir Qaralovdan xahiş edirəm ki, məsələnin araşdırılmasına tapşırıq versinlər. Polis bölməsi bu işə həvəslə yanaşmır”.

Cahan.info xəbər verir ki, N.Dünyamalıyev ictimai fəaliyyəti olan, mediada könüllü çalışan şəxsdir. Onun yeganə dolanışıq mənbəyi maldarlıqdır ki, onlar da oğurlanıb, cinayətkarlar tapılmır, dəymiş zərər kompensasiya edilmir.

Məcburi köçkünün ümid yeri R.Usubovdur: “Mən cənab nazirimizə inanıram ki, ona edilən müraciətləri cavabsız qoymur. Əslində təəssüf edirəm ki, kiçik bir hadisə ilə bağlı nazirliyə müraciət etmək məcburiyyətində qalmışam.

Polis bölməsi bu işi qısa zamanda araşdırıb, oğruların izinə düşməliydi. Ancaq məni süründürməçiliyə salıblar, oğruların tapılmasında heç bir irəliləyiş yoxdur. Odur ki, cənab nazirə güvənirəm, mənə kömək edəcəyinə inanıram. Əlaqəm nömrəm 055 623 55 25”.

Şərhlər

XƏBƏR LENTİ