Məcburi köçkünlərin “çörək pulu” ləğv olunur? - Maraqlı iddia
Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin - "çörək pulu”nun yenidən artırılması məsələsi gündəmdədir.
Cebhe.info-nun yaydığı məlumata görə, hazırda "çörək pulu”nun artırılması üçün iki versiya üzərində iş aparılır.
Belə ki, birinci versiya hər məcburi köçkün ailəsinə birdəfəlik 10 min manatın verilməsidir. Bu versiya reallaşarsa, birdəfəlik 10 min manat ödənilməklə, "çörək pulu” məsələsi gündəmdən çıxacaq və bundan sonra heç kəsə verilməyəcək.
İkinci versiya isə "çörək pulu”nun artırılaraq 91 manata çatdırılmasıdır. Bu versiyada isə nəzərdə tutulur ki, "çörək pulu” 91 manata çatdırılandan sonra bu məbləğin artırılması məsələsi birdəfəlik qapanacaq, daha heç vaxt artırılmayacaq.
Qeyd edək ki, hazırda məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği hər nəfər üçün 60 manatdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...