SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncə Şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyadan - ŞİKAYƏT

Gəncə Şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyadan - ŞİKAYƏT

Tarix:

5-07-2018, 11:59

/ 4 839 dəfə oxundu.
Gəncə Şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyadan - ŞİKAYƏT

Salam. Mən Hüseynov Ayxan Seyfəli oğlu.Gəncə Şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın kimya-biologiya müəllimiyəm.Sizdən xahiş edirəm mənim problemimi işıqlandırasınız.Mən 2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşmiş müsabiqədə uğur qazanaraq indi işlədiyim gimnaziyaya qəbul olmuşam.Qəbul olduğumu təsdiqləməyə getdiyim ilk gündən direktor Şəlalə Arxaft Yusif qızı mənə qarşı qərəzli mövqe nümayiş etdirərək bildirdi ki,bizim məktəbimizdə indiyə qədər kişi müəlliminin çalışmasına mən imkan verməmişəm.Mən mərkəzləşmiş müsabiqə ilə qəbul olduğumu bir saata yaxïn direktora izah etdikdən sonra sənədlərimi qəbul etdi və qarşıma şərt qoyaraq bildirdi ki,mənim kimya dərslərimi də sən keçməlisən. Mən etiraz etmədim.Kimya dərslərini mən dediyim halda əməkhaqqısını direktor alırdı.Bir neçə ay əlavə olaraq kimyanı da tədris etdikdən sonra direktora bildirdim ki,mən yalnız qəbul olduğum biologiya ixtisasını tədris etmək istəyirəm.Bundan sonra direktor mənə nifrət sərgiləməyə başladı.Hər dəfə məktəbin bir qızını üzümə qoymağa başladı ki, guya mən qızlardan birinin əlini tutmuşam,birini qucaqlamışam,birinin ayaqyolunda bədəninə baxmışam,hətta daha da irəli gedərək məktəbin psixoloqunun qızına təcavüz etdiyimi bildirdi.2017-ci ildə direktorların dərs saatları alınaraq vakansiyaya çıxarıldı.Mən də 2017-ci ildə kimya fənnindən mərkəzləşmiş müsabiqədə iştirak edərək gimnaziyamızda olan vakansiyaya qəbul oldum.Daha sonrakı aylarda direktorların da 5-6 saat dərs deyə biləcəyi ilə bağlı əmr verildiyi üçün direktor mənim kimya saatlarımdan könüllü imtina etməyimi istədi.Mən isə imtina etmədim.Bundan sonra direktor hər həftə şagirdlərin valideynlərini üzərimə göndərərək onların vasitəsilə məni təhqir edirdi.Onu qeyd edim ki, Şəlalə müəllimə direktor işlədiyi 2008-ci ildən bu məktəb kimya üzünə həsrətdir.9 ildən sonra ilk dəfə kimya fənnini mən tədris etmişəm.Direktor dərs keçmədiyi halda dərs keçirmiş kimi əməkhaqqı alırdı.Onu bildirim ki , məktəbdə 200-ə yaxın şagirdin adı qeyd edilsə də, faktiki olaraq dərsə müntəzəm şəkildə 50-60 şagird gəlir.Halbuki, gimnaziyamız internat tipli olduğu üçün dövlət tərəfindən həftə içi 5 gün 200 nəfərin adına ərzaq və yeməklər gəlir.Direktor həmin ərzaqları əldə etmək üçün müəllimlərə dərsə gəlməyən uşaqlara sinif jurnalında qayıb yazmağı qadağan edib.Qayıb yazan müəllimləri işdən çıxarmaqla hədələyir.Bundan başqa uşaqların adına gələn geyimlər,məktəb ləvazimatları uşaqlara verilmir.Direktor məktəbdə elə bir xaos yaradıb ki,yuxarı sinif şagirdlərinin əksəriyyəti məktəbə soyuq silahla gəlir.Direktor məktəbi idarə etmək iqtidarında deyil və "burda mənəm Bağdadda kor xəlifə"prinsipini tətbiq edir.Direktor bildirir ki, Təhsil Nazirliyində olan bizim gimnaziyanın kuratoru Həbib müəllim mənim adamımdır və hara da şikayət etsəniz mən haqlı çıxacağam.Onu da qeyd edim ki, məktəbin texniki işçilərinin sayı çox olsa da,3-4 nəfərdən başqası işə gəlmir və onların maaş kartlarï direktorda olur.Sizin vasitənizlə cənab Təhsil Nazirindən xahiş edirəm ki, bizim gimmaziyanı direktorun qurmuş olduğu "şeytani sistem"dən qurtarsın

TEL: 055 -509 - 21 - 08

Hörmətlə : Hüseynov Ayxan Seyfəli oğlu

xalqxeber.az
Gəncə Şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyadan - ŞİKAYƏT
Gəncə Şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyadan - ŞİKAYƏT
Gəncə Şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyadan - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ