yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Nazir Ağdaşda jurnalistə xox gələn məmur oğluna “göz yumur” - Təfsilat

Nazir Ağdaşda jurnalistə xox gələn məmur oğluna “göz yumur” - Təfsilat
5-06-2018, 09:32 414 dəfə baxılıb

Təhsil naziri Ceyhun Bayramovun siftəsi korlanmaqdadır; Onun kadr islahatları və təhsildə dəyişikliklərlə bağlı addımları blefə çevrilməkdədir...

Son günlərdə məktəb direktorlarının özbaşınalıqları, qudurğan hərəkətləri, mətbuata qarşı harınlamış, müştəbeh münasibəti belə deməyə əsas verir.

Sanki təhsil sektorunda bir anarxiya hökm sürür və M.Cabbarovdan sonra məktəb direktorları hamilərinə arxayınlaşıblar.

İnsafən, keçmiş təhsil nazirlərinin dövründə məktəb direktorları qudurğan hərəkətlərə yol vermirdilər. C.Bayramovdan isə belə çıxır ki, ya qorxmurlar, ya da onlara şərait yaradılıb.

Məsələn, söhbət Ağdaş təhsil şefinin oğlunun jurnalistə nalayiq söyüşlər, təhqirlər yazması, ölümlə hədələməsindən gedir.

Ağdaş RTŞ müdiri Hürü Əliyevanın oğlu Rəhman Cəfərlinin rəhbərlik etdiyi “Dilək kursları”nda sınaq imtahanı təşkil olunub.

İmtahana görə pul yığılması faktının ictimailəşdirilməsi jurnalistin təhdid olunması ilə nəticələnib. Yəni, təhsil şöbəsi müdiri oğluna elə bir tərbiyə verib ki, jurnalisti küçə söyüşü ilə aşağılayır.

Ritorik sualdır: övladına normal tərbiyə verməyən biri rayon təhsilinə necə nəzarət edə bilər? Hansı şagirdə təhsildən-bilikdən danışa bilər?

Həmin mesajlar saytlarda yayılıb və söyüş olan yerlərin üstün fon verilib. Çünki təhsil şöbəsinə rəhbərlik edən şəxsin təhsil kursu işlədən oğlunun adi etikanı gözləmək qabiliyyəti yoxdur.

C.Bayramov belə kadrları niyə vəzifədə saxlayır? Nə üçün Ağdaşa gənc kadrlar təhsil müdiri qoyulmur?

Oğluna tərbiyə vermək, onun ayıbına kor olmaq yerinə H.Əliyeva onun müdafiəsinə qalxıb. Şagirdlərə, cəmiyyətə nümunə olmaq əvəzinə səviyyəsizlikləri ilə fərqlənirlər.

Amma bu məsələdə də Təhsil Nazirliyi susur, açıqlama vermir, tədbir görmür. Nazirliyin mətbuat xidməti Cəsarət Valehov isə özünü sözçü yox, susmaqçı kimi aparır.

Təhqir olunan jurnalist Murad Musayevdir. O, criminal.az-a bildirib ki, münaqişə bir neçə gün öncə Ağdaş rayon Qaradağlı kənd orta məktəbində təhsil alan bacısı uşaqlarının hər birindən hazırlıq kursu üçün 3 manat yiğılmasından başlayıb.

M.Musayev iddia edir ki, şagirdlərdən ”sınaq imtahanı” adı altında pul yığılması gəlir əldə etmək üçün məqsədli plandır:

”Bacım qızı mayın 27-də “sınaq imtahandan” qayıtdıqdan sonra imtahan kitabçasına baxdıqda gördüm ki, imtahan Ağdaş rayon təhsil şöbəsinin müdiri Hürü Əliyevanın oğlu Rəhman Cəfərlinin rəhbərlik etdiyi “Dilək kursları”nda təşkil olunub.

Belə olan halda imtahan vərəqəsinin şəklini də çəkib sosial şəbəkədə paylaşım etdim. Bu paylaşmı görən kurs rəhbəri mənə whatsapp sosial şəbəkə vasitəsi ilə ünvanıma nalayiq söyüşlər söyməyə, hədə-qorxu mesajları şərəf ləyaqətimi alçaldan söyüşlər söydü.

Onu bir neçə dəfə etikaya dəvət etsəm də, onun kurs rəhbəri olduğunu və özünü tutduğu vəzifəyə layiq aparmağını söyləsəm də, söyüş və təhqirlərə davam etdi”.

Xatırladaq ki, Rəhman Cəfərov M.Musayevlə münaqişəsinin onun rəhbərlik etdiyi kursa qarşı qərəzli olması ilə əlaqələndirib:

”Anam rayon təhsil şöbəsinin müdiridir. Biz məktəblərə məlumat veririk, sınaq imtahanları keçiririk.

Sınaq pulu adından pul yığılması ilə razılaşmıram. Muradla mesajlarım isə şəxsi yazışmalarımdı. O əsəbi vaxtımda qabağıma çıxsaydı, məhv edərdim.

Təhsil Şöbəsinin müdiri Hürü Əliyevanın sözlərinə görə, şagirdlər hazırlıq kurslarına könüllü şəkildə gedirlər. Onların məcburi şəkildə aparılması yalandır.

Oğlunun jurnalisti ölümlə hədələməsinə gəlincə H.Əliyeva bildirib ki, kimin Rəhmandan şikayəti varsa məhkəməyə müraciət etsin.

Qarşı tərəfi dinləməyə hazırıq.

Fia.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ