yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Gədəbəyli sahibkardan Prezident Administrasiyasının şöbə müdirinə ilginc məktub

Gədəbəyli sahibkardan Prezident Administrasiyasının şöbə müdirinə ilginc məktub
10-05-2018, 15:16 234 dəfə baxılıb

Fəxrəddin Bağırov: “Hansısa rüşvətxor, cinayətkar məmurun mənafeyini haqq ədalətdən üstün tutmayın!”
► ► ► Obyektinin giriş qapıları bağlanaraq obyektinin fəaliyyəti dayandırılmış gədəbəyli sahibkar Fəxrəddin Bağırov Prezident Administrasiyası vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılova sensasion müraciət edib.

Müraciətdə deyilir;
Hörmətli Süleyman müəllim,
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun mənə qarşı cinayət törətməsindən 6 ay vaxt keçir. Bu barədə ən çox məlumatı olan şəxs sizsiniz. Ona görə ki, indiyədək Prezident Administrasiyasına; cənab Prezidentə və Mehriban xanıma yüzlərlə müraciət ünvanlamışam. Müraciətimin bircə dənəsinə belə cavab verilməyib. Eşitdiyimə görə Ramiz Yediyarov öz ətrafına həmişə sizi tərifləyir, deyir ki, narahat olmayın, onsuz da Süleyman müəllim Fəxrəddinin şikayətlərini “əsas”sızdır adı ilə bloklayıb. Onun şikayətinə heç yerdə baxıla bilməz. Ona görə də mən məhz mətbuat vasitəsilə sizə müraciət edirəm və xahiş edirəm bu müraciəti oxuyun. Oxuyun ki, müdafiə etdiyiniz, cənab Prezidentin etimad çətiri altında cinayət törədən Ramiz Yediyarovun şikayətini blokladığınız sahibkara qarşı törətdiyi cinayət əməlini özünün də etiraf etdiyi sizə aydın olsun. Aşağıda təqdim etdyim birinci sənəd Dövlət Reyestr Xidmətinin arayışıdır. İkinci sənəddə çərçivəyə alınmış hissə isə İcra Hakimiyyətinin cavabdeh qismində məhkəməyə yazdığı cavabdır. Arayışda aydınca görünür ki, mənim obyektimin qanuni çıxışları H.Əliyev prospektinədir. İcra Hakimiyyəti yazdığı cavabda isə aydınca yazılıb ki, bu çıxışları bağlamışıq. Cinayətin bundan əsaslı, bundan aydın etirafı ola bilərmi?
Yerli icra hakimiyyətinin, vətəndaşın dövlət tərəfindən tanınmış mülkiyyət hüququnu məhdudlaşdırmaq səlahiyyəti varmı?
Siz hansı səbəbdən bu cür açıq cinayət əməli törətmiş bir adamı müdafiə edirsiniz? Əgər siz Ramiz Yediyarovu müdafiə etməsəydiniz, mənim yazdığım saysız-hesabsız şikayət məktublarını nəzarətə götürərdinuz. Məktubun ölkə rəhbərliyinə çatmasına imkan verərdiniz. Axı bu Ramiz Yediyarov nə vaxtdan dövlətdən, qanunlardan, Konstitusiyadan üstün olub?
Axı bu adam kimdir ki, dövlət başçısının iradəsi əleyhinə gedir, sahibkarlığı məhv edir, dövlət qurumunun verdiyi mülkiyyət sənədinə məhəl qoymur?
Hörmətli Süleyman müəllim
Sizdən xahiş edirəm qeyd etdiklərimi ciddiyə alın, hansısa rüşvətxor, cinayətkar məmurun mənafeyini haqq ədalətdən, dövlət başçısının qarşınıza qoyduğu vəzifələrdən üstün tutmayın! Belə məsələlər sizə başucalığı gətirməz”.

AzEuroNews.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ