yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Şamaxıda rəzalət - işdən azad edilən məktəb direktoru möhürü vermədi

Şamaxıda rəzalət - işdən azad edilən məktəb direktoru möhürü vermədi
16-02-2018, 21:53 470 dəfə baxılıb

Məktəb direktoru möhürü vermək üçün rayon İcra hakimiyyəti başçısının I müavini Qasım Qasımovla bağlı şərtinin olduğunu deyib

Ölkənin təhsil sahəsində son bir neçə ildə ən şokedici hadisələrin baş verdiyi əyalətlərdən biri, bəlkə də birincisi Şamaxı rayonudur. Kənd məktəblərindən birində baş vermiş müəllim – şagird “münasibətlərinin” biabırçı sonluğu hələ də yaddaşlardadır. Ötən gün Şamaxı rayon İcra hakimiyyətndəki mənbədən maraqlı məlumat daxil olub. Məlumata əsasən kənd məktəblərindən birində (kəndin və məktəb direktorunun adı redaksiyaya məlumdur. Araşdırmalarımız davam etdiyi üçün hələlik ad çəkmirik – aparılan yoxlamaların nəticəsi olaraq həmin təhsil ocağının direktoru rayon təhsil şöbəsinn təqdimatı əsasında TN-in müvafiq əmri ilə vəzifəsindən azad edilib.
Rayon TŞ-nin nümayəndəsi məktəbə, direktordan möhürü təhvil almağa gələndə təhsil ocağının artıq eks olan rəhbəri şöbə əməkdaşının qanuni tələbinə əməl etməyib. Mənbənin verdiy məlumata görə məktəb direktoru möhürü vermək üçün rayon İcra hakimiyyəti başçısının I müavini Qasım Qasımovla bağlı şərtinin olduğunu deyib: Biz bir ay öncə Qasım müəllimlə görüşmüşük. I müavin özü bilir mən nəyi nəzərdə tuturam. Ya nazirliyin əmrini geri götüzdürün, ya da...
Mənbənin iddia etdiyinə görə ixtisasca bədən tərbiyəsi müəllimi olan və artıq 24 ildir ki, həmin məktəbə rəhbərlik edən direktor hətta latın qrafikası ilə yazmağı belə bacarmır. Qəribədir özü təhsil müəssisəsinə rəhbərlik edən bir şəxsin bu qədər müddətdə latın qrafikasını öyrənə bilməmsindən görəsən aidiyyatı strukturların xəbəri yoxdurmu? Məlumatda o da qeyd edilir ki, məktəb direktorunun şərti RİH başçısını I müavini Qasım Qasımovu olduqca narahat edib. Mənbə əlavə olaraq bildirdi ki, rayon təhsil şöbəsinin müdiri, xalası oğlu Eyvaz Eminalıyevi İH-yə dəvət edən I müavin, onu Təhsil nazirliyinə gedərək, məsələni direktorun xeyrinə həll etmək üçün görəvləndirib. Xatırladaq ki, mənəbnin iddiasına görə bu məsələ ilə bağlı baş verən hadisə RİH-nin başçısı Asif Ağayevdən gizlədilir. I müavin bu tip məsələləri əsasən icra başçının müavini — İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova ilə birlikdə həyata keçirir.
Axşam saatlarında Şamaxı RİH-dəki mənbədən daxil olan məlumatda bildirilirdi ki, iş gününün sonunda icra hakimiyyətinin inzibati binasına gələn məktəb direktoru gec saatlara qədər I müavin Qasım Qasımovun iş otağında olub. Mənbə əlavə olaraq bildirdi ki, rayon təhsil şöbəsinn müdiri Eyvaz Eminalıyevin Təhsil nazirliyində apardığı danışıqlar nəticəsini verib. Belə ki, problem qismən həll edilib. Məktəb direktoru yenidən vəzifəsinə bərpa eilib, lakin...

Bizi izəlyin.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , azad, rezalet, edilen, direktoru, mohuru, Shamaxida, ishden, vermedi, mekteb
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-08-2018


17-08-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ