SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçayda “Suriya məktəbi” açılıb, şöbə müdiri isə başçının xəracını yığır

Göyçayda “Suriya məktəbi” açılıb, şöbə müdiri isə başçının xəracını yığır

Tarix:

20-01-2017, 21:58

/ 3 063 dəfə oxundu.
Göyçayda “Suriya məktəbi” açılıb, şöbə müdiri isə başçının xəracını yığır

Göyçay rayonunun Ləkçıplaq kənd sakinləri 1 №-li tam orta məktəbin vəziyyətindən şikayətçidirlər

Verilən məlumata görə, bu məktəb sovet dönəmindən indiyədək təmir olunmayıb. Məktəbdə istilik sistemi yoxdur, döşəmələr sınıq-sökük, tavan isə uçulub tökülür.

Şagirdlər məktəbə getməkdən imtina edərək şəhər məktəblərinə üz tuturlar. Bununla yanaşı bu məktəbdə 600-ə yaxın şagirdin adının qeyd olunduğu bildirilir.

Sakinlərin verdiyi məlumata görə, Göyçay rayon təhsil şöbəsinin müdiri Rəşad Məmmədov isə sözügedən təhsil ocağının vəziyyətinə əncam çəkm ək yerinə, məktəb direktorlarından məcburi şəkildə 150-200 manat arası vəsait yığdırır.

Rəşad Məmmədov direktorlara rayon icra başçısı Mehdi Səlimzadənin Göyçay şəhərinin abadlaşdırılması üçün büdcə təşkilatlarından vəsait toplatdırdığını deyib.

Rayon Təhsil şöbəsinin üzərinə isə 10 min manat düşüb. Məhz buna görədə hər bir məktəb direktoru 200 manat vəsaiti məcburi verməlidir.

Mediada yayılmış məlumatda iddia olunur ki, rayon təhsil şöbəsinin müdiri icra hakimiyyətinin adı ilə yığılan vəsaiti verməyən məktəb direktorlarını təhdid edib.

Onları işdən azad olunacağını, yaxud rəhbərlik etdiyi tədris ocağında müxtəlif problemlərlə qarşılaşacağını deyib. Göyçay rayonunda 57 orta məktəb fəaliyyət göstərir və Rəşad Məmmədov hər bir məktəbdən yığdığı 200 manat 10 min manata yaxın vəsait edir.

Verilən məlumata görə, rayonun 1 nömrəli məktəbi bərbad gündədirsə, digər nömrəli məktəblərindən danışmağa dəyməz.

Göyçay təhsil şöbəsinin rayon məktəblərindən vəsait yığması ilk hadisə deyil. Rəşad Məmmədov məktəb direktorlarını yanına çağıraraq dövlət tərəfindən verilən 5 günlük əlavə əmkhaqqını tələb etmişdi.

Şöbə müdiri vəsait yığma məsələsini onunla əlaqələndirmişdi ki, yeni icra başçısı Mehdi Səlimzadə ali məktəblərə daxil olan tələbələrə hədiyyələr verəcək və buna görədə direktorlar pulları verməlidirlər.

Göyçayın icra başçısı Mehdi Səlimzadənin bu biabırçılıqdan xəbəri olub-olmadığını demək çətin olsa da, hər halda çox yaxşı məmur keçmişi olan Mehdi Səlimzadənin adının belə biabırçı hadisədə hallanması təəssüf hissi yaradır.

Qeyd edək ki, Rəşad Məmmədov uzun müddət müxalif Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Göyçay rayon şöbəsinin sədr müavini olub, 2003-2005-ci illərdə hakimiyyətə qarşı qeyri adekvat və həqiqətə uyğun olmayan iddialar səsləndirib və Göyçayda radikal fikirləri ilə fərqlənən biri olub.

2005-ci ildən sonra mövqeyini dəyişən Rəşad Məmmədov hakimiyyətə yarınmaq xətti tutaraq Göyçay internat məktəbinin direktoru olub.

Həmçinin keçmiş icra başçısı Mənsur Məmmədovla əlbir olaraq rəhbərlik etdiyi Səməd Vurğun adına intenrant məktəbinin torpaq sahələrini Göyçay rayonundakı oliqarxlara sataraq yaxşı qazanc əldə edib. Qarşı tərəfi dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ